Adil Kərimliyə AĞIR İTKİ – FOTO
12 May 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
812
15.06.2020, 22:25
Kərbəla sözünə çoxlu məna verilmişdir. Bu sözün bir çox mənaları vardır. Onlardan biri - "müsibət və bəla diyarı"dır. Kərbəla sözü iki sözdən əmələ gəlmişdir. Biri "kərb" ki, mənası "nicat" deməkdir, biri isə "bəla"dır.
Hədislərimiz buyurur ki, Kərbəla - həmçinin bir qissədir ki, Allah onda Nuha (ə) və ona iman gətirənlərə nicat vermişdir. "Və Nuhu - onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq". ("Ənbiya" 76).
Qurani-Kərimdə oxuyuruq ki, Allah Təala Həzrət Musaya (ə) və onun qövmünə nicat verməyi "kərb" sözü ilə bəyan etmişdir. Kərb sözü Quranda dörd dəfə istifadə olunmuşdur. "Həqiqətən Biz Musa və Haruna da nemət verdik. O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik". ("Saffat" 114-115).
Quran İlahi peyğəmbərləri (ə) insanları hidayət etmək üçün göndərmişdir. Onlara buyurmuşdur ki, insanları səbir və ibadət ilə hidayət etsinlər. İmam Hüseyn (ə) bu İlahi peyğəmbərlərin (ə) sanki təcəssümü idi. Bu səbəbdən Həzrət Peyğəmbər (s) İmam Hüseyni (ə) hidayətin yanar çırağı adlandırmışdır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allaha tərəf hərəkət etmək, kamala və İlahi qürb məqamına çatmaq - insanın dünyadakı hədəfləri və axirətə çatmaq istəyidir. Bu yol dünyadan keçər. Bu yolun çoxlu eniş və yoxuşları vardır. Bu yolda çoxlu qarətçilər və quldurlar gizlənmişdir.
Məsələ burdadır ki, necə edək ki, bu təhlükəli yoldan rahat şəkildə keçə bilək? Bu zaman Peyğəmbərin (s) buyurduğu həmin söz yada düşür.
Hər kim İmam Hüseyn (ə) çırağı sayəsində hidayət olar, şübhəsiz ki, Allah onu qoruyar və kamala, İlahi qürb məqamına çatdırar. İmam Hüseyn (ə) qiyamı - Nuhun (ə) gəmisinə bənzəyir. Hər kim bu gəmiyə minərsə, nicat tapar. Hər kim geri qalarsa, tələf olar.
İmam Əli (ə) buyurur ki, ey insanlar! Sizin üçün keçmiş ümmətlərin başıana gələnlərdən ibrət dərsləri vardır. Hər kim bu dərslərdən ibrət alar - bəlaya və müsibətə düçar olmaz. Əksinə, hansı yolun təhlükəsiz olduğuna əmin olar.
Ey müsəlmanlar! Bilin ki, Allaha tərəf üzməkdə olan ən əmin gəmi - İmam Hüseynin (ə) gəmisidir. Ona görə də ona minməyə çalışın. Çünki, bu gəmi - sizin xilaskarınızdır.
18:09 / 12 May 2026
27
17:50 / 12 May 2026
40
17:40 / 12 May 2026
56
16:55 / 12 May 2026
68
16:53 / 12 May 2026
55
16:27 / 12 May 2026
131
16:11 / 12 May 2026
97
15:49 / 12 May 2026
86
15:42 / 12 May 2026
132
15:31 / 12 May 2026
83
15:30 / 12 May 2026
729
15:26 / 12 May 2026
474
15:15 / 12 May 2026
96
15:04 / 12 May 2026
76
14:55 / 12 May 2026
77
14:50 / 12 May 2026
82
14:44 / 12 May 2026
84
14:38 / 12 May 2026
75
14:35 / 12 May 2026
84
14:25 / 12 May 2026
68
14:23 / 12 May 2026
100
14:21 / 12 May 2026
85
13:49 / 12 May 2026
638
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.