Adil Kərimliyə AĞIR İTKİ – FOTO
12 May 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
508
15.06.2020, 22:10
Xoşbəxt ailə həyatına malik olmaq - hər bir aqil insanın arzusudur. Əgər qadınla kişi bir-birinə görə olan vəzifələrini yaxşı tanıyıb onu yerinə yetirsələr, xoşbəxt ailəyə malik olarlar. Xoşbəxt olmağın yollarını hədislərimizdən öyrənək.
Beləliklə, yaxşı həyat yoldaşı olmaq üçün bizə bu tövsiyələri vermişdilər:
1. İmam Sadiq (ə) buyurur: "Hər kim bizi daha çox sevər, qadınlarını da daha çox sevərlər".
Həzrət Peyğəmbər (s) buyurur: "Bəndənin imanı hər nə qədər çox olarsa, qadınlarına məhəbbəti də çox olar".
2. Əmirəl-möminin (ə) buyurur: "Həyat yoldaşınla həmişə mehriban ol və onunla yaxşı yoldaşlıq et ki, həyatın səfalı olsun".
3. Həzrət Peyğəmbər (s) buyurur: "Ümmətimin ən yaxşı kişiləri - o kəslərdir ki, ailəsinə qarşı kobud və təkəbbürlü olmasın. Onlara rəhm etsin və nəvaziş etsin. Onlara əziyyət verməsin".
4. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim qadınının üzünə sillə vurarsa, Allah cəhənnəmin atəş məmuruna əmr edər ki, cəhənnəm atəşində onun üzünə 70 sillə vursun".
5. Həzrət Peyğəmbər (s) buyurur: "Kişinin həyat yoldaşına dediyi: "Mən səni sevirəm" sözü qadının qəlbindən heç vaxt çıxmaz".
6. Həzrət Peyğəmbər (s) buyurur: "Qadının əri üzərindəki haqqı budur ki, (əri) onu doyuzdursun, paltar geyindirsin, namazı, orucu, zəkatı ona öyrətsin. Qadın da bu işlərdə onunla müxalifətlik etməsin".
7. İmam Rza (ə) buyurur: "Hər kim ailəsinin rifahını təmin etmək üçün halal yoldan səy edər, Allah yolunda cihad edən mücahid kimi olar".
8. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bazara gedər və ailəsi üçün hədiyyə alıb aparar - o kəs kimi olar ki, yoxsullara sədəqə aparar".
9. Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərin ən yaxşı qadını o kəsdir ki, əri üçün bəzənər və zinətlənər. Ancaq başqalarından özünü örtər".
10. İmam Sadiq (ə) buyurur: "Qadınlarınıza töhmət vurmayın, çünki bu işdə (sizin üçün) uzun peşmançılıq və ağır cəza olacaqdır".
11. İmam Rza (ə) buyurur: "Yaxşı olar ki, mömin qış fəslində ailəsinin yeməyini azaldıb, istilik vasitələrini çoxaltsın".
İmam Sadiq (ə) buyurur: "Sizlərin ən yaxşı qadını o kəsdir ki, ona bir şey verilən zaman təşəkkür edər. Əgər ona bir şey verilməzsə, razı olar".
18:18 / 12 May 2026
1
18:09 / 12 May 2026
38
17:50 / 12 May 2026
49
17:40 / 12 May 2026
64
16:55 / 12 May 2026
70
16:53 / 12 May 2026
59
16:27 / 12 May 2026
141
16:11 / 12 May 2026
99
15:49 / 12 May 2026
87
15:42 / 12 May 2026
135
15:31 / 12 May 2026
85
15:30 / 12 May 2026
747
15:26 / 12 May 2026
485
15:15 / 12 May 2026
97
15:04 / 12 May 2026
78
14:55 / 12 May 2026
80
14:50 / 12 May 2026
85
14:44 / 12 May 2026
86
14:38 / 12 May 2026
76
14:35 / 12 May 2026
85
14:25 / 12 May 2026
69
14:23 / 12 May 2026
102
14:21 / 12 May 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.