Qaynar xətt:

(+99450) 247 90 86

BAKI-SUMQAYIT YOLUNDAN ISTIFADƏ EDƏNLƏRƏ XOŞ XƏBƏR

2018-06/1530284539_yol.jpg

CƏMİYYƏT

1303

29.06.2018, 19:02

\"\" Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır
Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Anar Nəcəfli məlumat verib. O, bildirib ki, təmir davam etdikcə hissə-hissə müəyyən məhdudlaşdırmalar olacaq. \"Hazırkı mədudlaşma 2-3 gün çəkəcək. Ümumi yolda işlər 2 həftəyə qədər davam edəcək, yəni Avtovağzaldan Xırdalan dairəsinə kimi. Sonra isə əks istiqamətdə başlanılacaq. O da təxminən 2 həftə davam edəcək. Ümumilikdə 1 aydan bir qədər az müddətə tamamlanacaq. Təxminən 20 günə bütün işlər yekunlaşacaq\". Nəcəflinin sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsinin asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılıb. Təmir işləri sözügedən hissədə birinci mərhələ üzrə yalnız sol 3 hərəkət zolağında aparılır, yəni sağ 3 hərəkət zolağı üzrə hərəkət dayandırılmayıb. Moskva prospektindən 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla, hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi-Şamaxı yolu istiqamətinə yönəldilib.