Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı videoçarx paylaşılıb
10 May 2026, 00:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
467
22.05.2020, 09:30
Şərq şirniyyatı olan halva ölkəmizdə çox sevilir. Klassik halvanın tərkibi günəbaxan tumundan hazırlanır. Amma son zamanlarda küncütdən, badamdan hazırlanan halvalara da rast gəlmək olar.
Oxu24.com medicina.az-a istinadən bildirir ki, bu şirniyyat mikro və makroelementlərlə çox zəngindir. Bundan əlavə onun tərkibində insanın əhvalına müsbət təsir edən maddələr də mövcuddur. Bu dadlı ərzaq məhsulunda həm də qida lifləri və maltoza maddəsi var.
Halvanın qidalılıq dəyəri 100 qr-da 550 kkal edir. Onun tərkibində xolesterinin miqdarı 0-a bərabərdir.
Şərq ölkələrində bu şirniyyat növündən əsasən orqanizmi gücləndirmək məqsədilə istifadə edilir. Ağızda əriyən bu dadlı şirniyyat soyuqdəymənin ilkin əlamətləri zamanı immuniteti artırmaq və baş ağrılarını aradan qaldırmaq üçün istifadə edilir.
Həmçinin oxuyun
Halvanın daha çox qadınlar üçün faydalı olduğunu qeyd etsək yanılmarıq. O, mütləq hamilə qadınların qida rasionlarında yer almalıdır. Tərkibində çox miqdarda fol turşusu var. Bu maddə isə dölün inkişafına müsbət təsir edir. Süd əmizdirən analar da halva qəbul etsələr bu zaman uşağı vacib olan qidalı maddələrlə təmin edərlər. Bu ərzaq ana südünü vitamilərlə zənginləşdirir və daha doyumlu edir.
Halvanın tərkibində olan antioksidantlar bədəndən toksinləri kənarlaşdıraraq mədə-bağırsağın işini tənzimləyir.
Halvadan hətta kosmetologiyada da istifadə edilir. Belə ki, sağlam və hamar dəri əldə etmək üçün halvanı az bir miqdar aloe şirəsi ilə qarışdıraraq üzünüzə maska da edə bilərsiniz.
00:41 / 10 May 2026
134
00:37 / 10 May 2026
237
00:33 / 10 May 2026
27
00:20 / 10 May 2026
129
00:18 / 10 May 2026
30
00:15 / 10 May 2026
33
00:05 / 10 May 2026
134
23:58 / 09 May 2026
330
23:55 / 09 May 2026
41
23:54 / 09 May 2026
119
23:52 / 09 May 2026
33
23:46 / 09 May 2026
191
23:44 / 09 May 2026
44
23:27 / 09 May 2026
202
23:04 / 09 May 2026
159
22:56 / 09 May 2026
55
22:42 / 09 May 2026
190
22:10 / 09 May 2026
218
21:38 / 09 May 2026
194
21:22 / 09 May 2026
186
21:02 / 09 May 2026
212
20:41 / 09 May 2026
72
20:21 / 09 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.