Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı videoçarx paylaşılıb
10 May 2026, 00:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1133
22.05.2020, 11:00
Yoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil, insanın özündə formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla ayaqlaşa bilmə bacarığı, özünə yaxşı ətraf yaratması cəhətlərinin olmaması da mənəvi yoxsulluqdur. Əgər fiziki, mənəvi pis vərdişlərdən insan özünü xilas edə bilsə, o zaman zənginlik və firavanlıq özü onun qapısını döyəcək. Psixoloqlar kasıb insanları 12 il müşahidə etdikdən sonra onları yoxsulluq içində çabalamağa vadar edən səbəbləri tapıblar. Bunlar insanların özlərində formalaşdırdığı vərdiş və komplekslərdir.
Həmin səbəbləri diqqətinizə çatdırırıq:
1. Başqalarını günahlandırmaq – kasıblar heç vaxt günahı özlərində görmürlər. Məsuliyyətdən yaxa qurtarmaq üçün özlərindən başqa hər kəsi, hətta zəmanəni də günahlandırırlar.
2. Vaxtı uzatmaq – yüz ölçüb bir biçmək yaxşı şeydir, amma vaxtın qızıl olduğunu da unutmaq olmaz. Vaxt keçir və insan özünə sual verməlidir ki, mən nə etmişəm, bundan sonra nə edə bilərəm?
Həmçinin oxuyun
6. Taleyindən gileylənmək – kasıb adamın ən “sevdiyi” məşğuliyyətdir. Oturub-durub fələyi, zəmanəni, qara bəxtini söyən adamdan nəsə uğur gözləməyə gərək yoxdur. Çünki gileylənməkdən başı açılmır. Düşünən insan isə taleyin hər zərbəsini bir fürsət bilir. Onu yıxılmaq qorxutmur, əksinə hər yıxılanda daha möhtəşəm dikələ bilir.
7. Başqaları nə deyər – düşüncəsi kasıbın “belini qıran” ən əsas yanlışlardandır. Uğurlu insanlar başqalarının nə dediyinə baxmadan öz ağlı ilə hərəkət edən, öz istəyinə çatanlardır. Kasıb isə ətrafından, cəmiyyətdən çox asılıdır. Üstəlik bu “başqaları” da qətiyyən uğurlu insan deyillər. Elə özü kimi addım atmağa qorxanlardır.
8. Pulu boşa xərcləmək – burda deyə bilərsiniz ki, kasıbın xərcləməyə pulu varmı? Elə məsələ də bundadır: əlində olan-qalanı da xərcləyir. “Onsuz da qəpik-quruşdan nə olacaq ki?”, deyərək hər xırda şeyi alıb evi doldurur. Ağlına da gəlmir ki, o xırda pullar illərlə də olsa yığılıb xeyli pul ola bilər. Dama-dama göl olmaq məsələsi…
9. Sevmədiyi işlə məşğul olmaq – maaşı bəhanə edib sevmədiyi işlə məşğul olmaq da geniş yayılmış səbəblərdəndir. Sevdiyi və bacardığı işin qulpundan yapışmaq yerinə qohum-əqrəbaya görk olmaq üçün hər gün ayaqlarını sürüyə-sürüyə işə yollanmağa hazırdır. Yalnız həftəsonlarının xəyalı ilə yaşayır, rəhbərliyi söyür, bacardığı işin dalınca isə getməyə cəsarəti çatmır. Bunun üçün onun daim əl altında olan bəhanələri var.
10. Başqasının həyatı ilə yaşamaq – varlı ədəbiyyat oxuyub özünü maarifləndirir, kasıb isə oxuyub özünü qəhrəmanların yerinə qoyur. Ya da oturub seriala baxır, sonra sanki öz qonşusu, qohumu imiş kimi onu müzakirə edir. Serial bitdikdən sonra isə şou-proqramlara baxıb müğənni və aktrisaların taleyi ilə maraqlanır. Kasıb xəyallarla yaşayır, öz kumirlərinin uğurlarından zövq alır, özü isə ömrünün kərpic-kərpic sökülməsinə əhəmiyyət vermir.publika.az
00:41 / 10 May 2026
134
00:37 / 10 May 2026
237
00:33 / 10 May 2026
27
00:20 / 10 May 2026
129
00:18 / 10 May 2026
30
00:15 / 10 May 2026
33
00:05 / 10 May 2026
134
23:58 / 09 May 2026
330
23:55 / 09 May 2026
41
23:54 / 09 May 2026
119
23:52 / 09 May 2026
33
23:46 / 09 May 2026
191
23:44 / 09 May 2026
44
23:27 / 09 May 2026
202
23:04 / 09 May 2026
159
22:56 / 09 May 2026
55
22:42 / 09 May 2026
190
22:10 / 09 May 2026
218
21:38 / 09 May 2026
194
21:22 / 09 May 2026
186
21:02 / 09 May 2026
212
20:41 / 09 May 2026
72
20:21 / 09 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.