Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31727
az

190 manatla bağlı banklardan kart ala bilməyənlərin DİQQƏTİNƏ — Bu tarixədək…

19:5721 May, 2020
644
  • A

“Sosial müavinətlərlə bağlı banklarda növbə gözləyən vətəndaşlarımızın narahatlığına ehtiyac yoxdur”.
"Oxu24.com" xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.

O bildirib ki, kartların müddəti bir ildir: “Bu müddət ərzində vətəndaş öz kartını, yaxud da içərisində olan vəsaiti əldə edə bilər”.
Qeyd edək ki, 23-30 may dövrü üçün bayram, istirahət və əmək haqqı saxlanılmaqla qeyri-iş günləri müəyyən edilib. Bu səbəbdən fəaliyyətini dayandıracaq müəssisələrə banklar da daxildir. Buna görə də sosial müavinət ala bilməyən vətəndaşlar təlaşla banklara üz tutur və uzun növbələr yaradırlar. Bununla da sosial məsafə qaydaları pozulur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana da çatdı: qapanmalar olacaq?
Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi