Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı videoçarx paylaşılıb
10 May 2026, 00:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1158
21.05.2020, 10:28
Şəhərin Boladi, Vilvan, Şağlaser və Separadi kəndlərində kütləvi yoluxmalar var, kəndlərdə polis postları qurulub; mərkəzdə isə...
Dediyimiz kimi, Astaradan gəlib çıxdıq Lənkərana... İndi hamı intizarla gözləyir ki, İranla sərhəd olan Astara yox, niyə məhz Lənkəranda koronavirusun daha çox yayılmasının səbəblərini yazaq.
Bura Kamyunun "Taun” romanındakı Oran şəhəri kimi olmasa da, virusla bağlı narahatlığa əsaslar çoxdur. Doğrudan da "cənub mirvarisi” indi Operativ Qərargah tərəfindən "qırmızı zona”lardan biri elan edilib.
Məlumdur ki, hazırda Gəncə, Yevlax, Lənkəran və təbii ki, Bakı koronavirusun aktiv ocaqları hesab olunurlar. Biz Lənkəranda olarkən sakinlərdən öyrəndik ki, yoluxma əsasən kəndləri əhatə edib. Yəni şəhərin özündə infeksiyaya yoluxanlar azdır.
Ona görə də Lənkəranın həm Bakı, həm Astara istiqamətindən girişində, o cümlədən adını aşağıda qeyd edəcəyimiz kəndlərdə postlar qurulub, nəzarət gücləndirilib.
***
Sakinlərin sözlərinə görə, əsasən Boladi, Vilvan, Şağlaser və Separadi kəndlərində koronavirusa kütləvi yoluxanlar olub. Belə ki, ailədə bir nəfərdə yoluxma qeydə alınıbsa, ardınca evdə və qonşuda olanlara da keçib.
Sakinlərin dediyinə görə, əvvəlcə Boladi kəndindən bir nəfər Bakıya xəstəxanaya aparılıb. Virusa yoluxmuş həmin şəxs vəfat edib və kəndinə gətirilərək dəfn olunub. Onunla təmasda olan ailə üzvləri də yoluxublar. Daha sonra yoluxmada artım baş verib.
Öyrəndik ki, koronavirus şübhəsi ilə gətirilənlər əvvəlcə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında test edilir, əgər kimdəsə pozitiv çıxırsa, ya Masallı, ya da Astaradakı xüsusi karantin rejimli xəstəxanalarda müalicə olunurlar.
Sakinlər bildirirlər ki, kəndlərdə yoluxmalara səbəb həm də insanların açıq havada əkin-biçində işləmələri, özlərini soyuğa verib xəstələnmələridir.
Hazırda Şağlaser kəndində virus sönməyə doğru getsə də, Boladi, Vilvan, Separadi kimi yerlərdə epidemiya qalır.
Biz Separadı kəndi istiqamətinə yollandıq və burada polis postları qurulduğunu, kənddə virus yayıldığı üçün insanların hərəkətinə məhdudiyyət qoyulduğunu gördük.
Həmçinin oxuyun
Eyni zamanda həm Lənkəranın mərkəzi küçələri və parkları, həm də koronavirus yayılan kəndlərin yolları dezinfeksiya edilirdi. Çünki koronavirusa inanmayanlar çox idi və kəndlərdə yoluxmaların olması artıq sakinlərə vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərməkdədir.
Ümumiyyətlə, bir neçə gün qabaq Musavat.com Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən yaymışdı ki, mayın 1-dən Lənkəranda xüsusi sanitar rejimin nəzarəti gücləndirilib, ayrı-ayrı mobil qruplar yaradılıb, rayon rəhbərliyi ilə hüquq-mühafizə orqanları birgə sakinlərlə maarifləndirici söhbətlər aparırlar, koronavirus təhlükəsinin yan keçmədiyi izah edilir.
Ona görə də kəndlərdəki yoluxma yaxın bir həftə ərzində arta da bilər və odur ki, vacib olmadıqca çölə çıxmamaq tövsiyə edilir. Lənkəranda olarkən 190 manat almaq üçün bankların önünə toplaşan sakinlərin də sosial məsafə saxladığına şahid olduq.
Onlar kəndlərdəki yoluxmadan sonra vəziyyətin ciddi olduğunu anlamaqdadır və heç kəs arzuolunmaz şəraitlə qarşılaşmaq istəməz.
***
Sakinlər deyirlər ki, yoluxanlar hərarət, boğulma halları ilə xəstəxanaya daxil olurlar. Onların sözlərinə görə, sağalanlar da az deyil.
Bildirirlər ki, koronavirus oksigen çatışmazlığı yaradır, ağciyərləri sıradan çıxarır. Əsasən də hansısa xəstəliyi olanlar, immun sistemi zəif adamlar tez yoluxurlar. Bununla belə, karantinin yumşalması səbəbindən rayonda həyat canlanmağa, insanlar SMS icazəsi almadan sərbəst şəkildə küçələrə çıxmağa başlayıblar.
Lənkəranda dükanlar, kafelər, çayxanalar fəaliyyət göstərirlər, insanlar iş-gücünə davam edirlər. Sakinlər deyirlər ki, təmizliyə, gigiyenaya həssaslıq göstərilir, yoluxmanın artacağından ehtiyat edirlər. Lənkəran sakinləri bizimlə söhbətdə deyirlər ki, bu yerin insanları 1990-cı ilin yanvarında sovet qoşunlarının şəhərə hücumunu da görüb, Qarabağda şəhidlər də verib, yəni düşmənin hər üzünə şahiddirlər, indi də gözəgörünməz düşmən - virusla mübarizədən də qalib çıxacaqlar...

00:41 / 10 May 2026
134
00:37 / 10 May 2026
237
00:33 / 10 May 2026
27
00:20 / 10 May 2026
129
00:18 / 10 May 2026
30
00:15 / 10 May 2026
33
00:05 / 10 May 2026
134
23:58 / 09 May 2026
330
23:55 / 09 May 2026
41
23:54 / 09 May 2026
119
23:52 / 09 May 2026
33
23:46 / 09 May 2026
191
23:44 / 09 May 2026
44
23:27 / 09 May 2026
202
23:04 / 09 May 2026
159
22:56 / 09 May 2026
55
22:42 / 09 May 2026
190
22:10 / 09 May 2026
218
21:38 / 09 May 2026
194
21:22 / 09 May 2026
186
21:02 / 09 May 2026
212
20:41 / 09 May 2026
72
20:21 / 09 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.