Bu qurumun direktoru 6 min manat maaş alır - Tam siyahı
18 Noyabr 2026, 20:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
786
20.05.2020, 20:17
Binəqədi rayonunda sanitar-karantin qaydalarına zidd olaraq saat 18-dən sonra gizli fəaliyyət göstərən restoran aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib. Qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar. Amma bəzi restoran və kafelər fəaliyyətlərini qeyd edilən saatlardan əlavə davam etdirməyə cəhd göstərsələr də, polis əməkdaşları tərəfindən bunun qarşısı alınır. Sonuncu belə tədbir zamanı Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, paytaxt sakini Nurəli Mənsimova məxsus "Nar" restoranının saat 18:00-dan sonra da işlədiyi məlum olub.
Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi, Post Patrul Xidməti Bölüyü və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq müəyyən edilən saatlardan kənar gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi müəyyən olunub. Həmçinin, restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.
Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.
21:40 / 18 Noyabr 2026
32
21:26 / 18 Noyabr 2026
52
21:20 / 18 Noyabr 2026
56
21:09 / 18 Noyabr 2026
61
21:03 / 18 Noyabr 2026
74
20:53 / 18 Noyabr 2026
89
20:50 / 18 Noyabr 2026
75
20:45 / 18 Noyabr 2026
212
20:42 / 18 Noyabr 2026
97
20:40 / 18 Noyabr 2026
89
20:34 / 18 Noyabr 2026
93
20:28 / 18 Noyabr 2026
85
20:19 / 18 Noyabr 2026
553
20:05 / 18 Noyabr 2026
116
19:56 / 18 Noyabr 2026
117
19:41 / 18 Noyabr 2026
104
19:36 / 18 Noyabr 2026
106
19:36 / 18 Noyabr 2026
100
19:26 / 18 Noyabr 2026
114
19:19 / 18 Noyabr 2026
132
19:15 / 18 Noyabr 2026
109
19:08 / 18 Noyabr 2026
138
18:50 / 18 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.