Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31598
az

Dünyada buğda bolluğu yaranıb – Getdikcə ucuzlaşır

10:1520 May, 2020
623
  • A

Koronavirus pandemiyası dövründə mağazalardan kütləvi alış-verişə, həmçinin əsas satıcıların ixracata tətbiq etdikləri müəyyən məhdudiyyətlərə baxmayaraq, hazırda dünyada buğda bolluğu yaşanır.

Bloomberg agentliyinin yazdığına görə, pandemiyanın kəskin dövründə Rusiya və Rumıniya ixracı məhdudlaşdırsalar da, bu, taxıl ticarəti və daşımalarına hər hansı təsir göstərməyib. Bu il üçün əksər istehsalçı ölkələrdə gözlənilən bol məhsul nəticəsində dünyada buğda ehtiyatları rekord həddə çatacaq.

Düzdür, gözlənilməz kəskin hava şəraiti üzündən ölkələrin bəzilərində məhsuldarlıq aşağı da ola bilər. Lakin pandemiya bütün dünyad taxıla, eləcə də buğdaya tələbatı azaltdığına görə bu ildən növbəti ilə kifayət qədər böyük həcmdə ehtiyatın keçəcəyi gözlənilir. Bu bolluq indidən buğdanın qiymətinin ötən ilin oktyabrından bəri ən aşağı həddə qədər enməsinə səbəb olub. Məhsulun çoxluğu üzündən bəzi ölkələr ixraca qoyduqları məhdudiyyətləri aradan qaldırırlar. Ötən ay Rumıniya Avropa Birliyi ərazisindən kənara buğda satışına qoyduğu qadağanı 1 həftədən sonra qaldırdı. Qazaxıstan da buğda və un ixracına tətbiq edilən məhdudiyyəti iyunun 1-dən ləğv edəcəyini açıqlayıb.

ABŞ hökumətinin proqnozlarına görə, bu mövsümdə dünyada buğda istehsalı 0,5 faiz artacaq. Bu isə ehtiyatların 5 faiz artmaqla 310,1 milyon tona – dünyanın 5 aylıq istehlakı həcminə çatmasına gətirib çıxaracaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə restoranların, etanol istehsalı zavodlarının fəaliyyətini dayandırması buğdaya tələbatı aşağı salıb. Bundan əlavə, ət emalı zavodlarının dayanması buğdaya yem olaraq da tələbatın azalmasına səbəb olub.

Bütün bunlara baxmayaraq, Qara dəniz regionu və Qərbi Avropadakı quraqlıq istehsalı azaldacaqsa, Şimali Afrikadakı quraqlıq ona tələbatı artıracaq. Cənub yarımkürəsindəki Argentina kimi ölkələr isə hələ yeni-yeni səpinə başlayıblar.

Koronavirus pandemiyası davam edərsə, hava şəraitindəki ciddi dəyişiklik iri ixracatçıların bazara məhsul çıxarılmasını məhdudlaşdırmalarına səbəb ola bilər. Bloomberg ekspertləri hesab edirlər ki, bu baxımdan ən etibarsız satıcı Rusiyadır – neçə illərdir gah əlavə vergi, gah da ixraca fiziki məhdudiyyət tətbiq etməklə bazarda təlatümlərə səbəb olur.
 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gündə 10 dəqiqə: ürəyinizi xəstəliklərdən belə qoruyun
Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
İlqar Mustafayevin həbs     müddəti    uzadıldı