Hakim qardaşının törətdiyi cinayətə görə məsuliyyət daşımalıdırmı?
26 Oktyabr 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1342
04.05.2020, 14:16
Xəbər verdiyimiz kimi bu gündən karantin rejimin növbəti yumşalmasına görə bir çox müəssisələr fəaliyyətini bərpa edib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mayın 1-də keçirilən brifinqdə 65 yaşdan yuxarı olan insanların çölə çıxma məsələsinin müzakirə olunduğu bildirib.
İbrahim Məmmədovun bu fikirini bir çoxları mayın 11-fə karantin rejiminin bitməsi kimi anlayıb. Mayın 11-də karantin rejim ləğv ediləcəkmi?
Oxu24.com xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, koronavirusla mübarizənin sonuncu mərhələsindəyik:
"Artıq karantin rejiminin mərhələli şəkildə sonlandırılması istiqamətində işlər gedir. Bakı, Sumqayıt, Lənkəran, Abşeron, Gəncə istisna olmaqla qalan bölgələrdə demək olar ki, karantin rejimindən çıxma mərhələsinə keçmişik. Ancaq o demək deyil ki, o bölgələrdə yaşayan insanlar sosial izolyasiya və məsafə qaydalarına riayət etməməlidir. Koronavirus təhlükəsi hələ ortadan qalxmayıb. O ki qaldı Bakıda və digər bölgələrdə yaşlı insanların karantin şəraitindən çıxma məsələsinə, mayın 11-də bu məsələ baxılacaq. Əlbəttə bu qərara uyğun biz öz fəaliyyətimizi quracağıq. Amma karantin rejiminin mayın 11-də bitməsi ilə bağlı fikirlər səsləndirmək üçünü hələlik tezdir. Mayın 11-nə kimi istər 65 yaşa qədər, istərsə də o yaşdan yuxarı insanların Operativ Qərargahın verdiyi qərarlara əməl etməlidir. Onların evdən çölə çıxma icazəsi yoxdur. Hər hansı şəkildə qanuna əməl etməyənlər həm özlərini təhlükə altına atır həm də onların bu addımı inzibatı hüquqi məsuliyyət yaradır.
Ümid edirəm ki, mayın 11-nə kimi epidemoloji vəziyyət daha da yaxşılaşar. Ona da uyğun qərarlar qəbul olunar. Bəlkə də başqa yumşaldıcı qərarlar da oldu. Hər halda biz epidemoloji vəziyyəti və ona da uyğun Operativ Qərargahın qərarlarını gözləməliyik".(sonxeber.az)
19:43 / 26 Oktyabr 2026
6
19:17 / 26 Oktyabr 2026
33
19:00 / 26 Oktyabr 2026
52
18:47 / 26 Oktyabr 2026
67
18:36 / 26 Oktyabr 2026
74
18:20 / 26 Oktyabr 2026
80
18:10 / 26 Oktyabr 2026
73
17:45 / 26 Oktyabr 2026
150
17:01 / 26 Oktyabr 2026
107
17:00 / 26 Oktyabr 2026
307
16:58 / 26 Oktyabr 2026
77
16:46 / 26 Oktyabr 2026
88
16:42 / 26 Oktyabr 2026
76
16:30 / 26 Oktyabr 2026
107
16:17 / 26 Oktyabr 2026
111
16:08 / 26 Oktyabr 2026
262
15:57 / 26 Oktyabr 2026
97
15:50 / 26 Oktyabr 2026
316
15:48 / 26 Oktyabr 2026
159
15:44 / 26 Oktyabr 2026
217
15:41 / 26 Oktyabr 2026
101
15:37 / 26 Oktyabr 2026
79
15:34 / 26 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.