Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
806
30.04.2020, 19:03
Balıqların kürütökmə dövrü ilə əlaqədar sabahdan - 1 may 2020-ci il tarixdən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir.
Oxu24.com -un xəbərinə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlanmasından imtinaya və qaydalara əməl etməyə çağırıb: "Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və balıq ovu ilə məşğul olan hər kəsi bu müddətdə balıq ovlamamağa, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirəm".
Xidmət rəisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin daxili su hövzələrində növbəti nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib: "Son günlər keçirdiyimiz reydlər nəticəsində istifadəsi qadağan edilən 9537 metr uzunluğunda sintetik tor, 2928 ədəd qadağan olunmuş müxtəlif ov aləti müsadirə olunub və bu faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılb, təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.
Nazirlik rəsmisi nəzarət tədbirlərinin ölkənin bütün sututarlarında, o cümlədən Xəzər dənizində davam etdirildiyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.Modern.az
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.