Nasosu olmayan ağac suyu köklərdən 100 metr hündürlüyə necə qaldırır? – SİRRİ AÇIQLANDI
19 Noyabr 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
674
20.04.2020, 20:13
Tək yaşayıram. Karantin rejimi tətbiq ediləndən sonra evimdə çalışan köməkçim gələ bilməyib. Elə o gündən başlayaraq, evin bütün işləri ilə özüm məşğul oluram. Fikirləşdim ki, kimdən artığam? (gülür) Yemək bişirdim, təmizlik işlərini gördüm. Bundan çox böyük həzz aldım. Eyvanımda çoxlu güllərim var. Onları suladım, torpağını yenilədim. Bir sözlə, onlara da zaman ayırdım. Artıq izlədiyim filmlərin də məzmunu mənim üçün dəyişdi. Karantin rejimində yalnız müsbət əhval bəxş edən filmlərə baxmağa başlamışam.
Oxu24.com oxu.az-a istinadla xəbər verir ki, bunu məşhur teleaparıcı Nərgiz Cəlilova Əməkdar artist Bəhram Bağırzadənin "Instagram" hesabında açdığı canlı yayımın qonağı olarkən dilə gətirib.
N.Cəlilova karantinin insanları aqressivləşdirdiyini söyləyib, onları xoşniyyətli olmağa səsləyib:
"Əvvəlcə hamının əhval-ruhiyyəsi sanki nədənsə gözümə bədbin göründü. Get-gedə insanlar evdə qalmaqla darıxmağa başladılar. Hərəkət olmadığından aqressivlik başladı. Söz atmaq, həqarət, ittiham etmək kimi məsələlərlə üz-üzə qaldıq. Hər dəqiqə müxtəlif çağırışlar edirik ki, "evdə qal", "güc birlikdədir", "bərabər olaq", "virusa savaş açaq", "virusa qalib gələk".
Bəs necə oldu bizim birliyimiz? Bu sual qarşısında qaldım. Bir tərəfdən də insanları başa düşməyə çalışdım. Bir daha insanları xoşniyyətli olmağa səsləyirəm. Yalnız bununla bir-birimizə söz çatdıra bilərik. Xüsusən bu ağır və çətin dövrdə".
Müsahibənin sonunda isə teleaparıcı koronavirus pandemiyasının bir oyun olduğunu iddia edib:
"Bu bəla bütün dünyanın başından rədd olub getsin! Yaşadığımız bu hadisələrlə bağlı ağlımda bəzi müəmmalar var. Bu, mənim iddiamdır ki, koronavirus bir oyundur.
Karantin bitəndən, həyat öz axarına düşəndən sonra bunun fəsadı nə olacaq, nəticəsi nə olacaq, düşünürəm ki, biz hələ bilmirik. İstəyirəm ki, bütün bunlar bir yuxu kimi həyatımızdan keçsin. Yəqin ki, bunların nə üçün olduğunun tüstüsü çıxacaq".
16:51 / 19 Noyabr 2026
25
16:50 / 19 Noyabr 2026
36
16:48 / 19 Noyabr 2026
35
16:35 / 19 Noyabr 2026
74
16:29 / 19 Noyabr 2026
74
16:24 / 19 Noyabr 2026
77
16:18 / 19 Noyabr 2026
102
16:15 / 19 Noyabr 2026
222
16:12 / 19 Noyabr 2026
70
16:10 / 19 Noyabr 2026
105
16:08 / 19 Noyabr 2026
87
16:02 / 19 Noyabr 2026
103
15:59 / 19 Noyabr 2026
106
15:56 / 19 Noyabr 2026
682
15:54 / 19 Noyabr 2026
115
15:47 / 19 Noyabr 2026
157
15:45 / 19 Noyabr 2026
82
15:41 / 19 Noyabr 2026
113
15:33 / 19 Noyabr 2026
548
15:31 / 19 Noyabr 2026
86
15:27 / 19 Noyabr 2026
90
15:11 / 19 Noyabr 2026
89
15:11 / 19 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.