Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan əhalisinə daha bir ŞAD XƏBƏR!

Azərbaycan əhalisinə daha bir ŞAD XƏBƏR!

REDAKTORUN SEÇİMİ

907

18.04.2020, 15:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin bütün poçt şöbələri (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) həftənin bazar günü də fəaliyyət göstərəcək.
Redaktor.az-ın məlumatına görə, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır. Paytaxtda və regionlarda yerləşən poçt şöbələri bazar günü 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.
Qeyd edək ki, Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də bazar günü həmin saatlarda vətəndaşların xidmətindədir.