Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
26 Oktyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
536
16.04.2020, 18:53
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı ailə koronavirusa yoluxub. Onlardan 1954-cü il təvəllüdlü Nuridə Abdullayeva Lubertsi şəhərindəki xəstəxanaya yerləşdirilib.
Bu barədə ailə üzvlərindən Əjdər Abdullayev məlumat verib.
Onun sözlərinə görə, ailə üzvlərində koronavirusun bütün əlamətləri hiss olunurdu: "İki dəfə təcili tibbi yardıma müraciət etdik, gəldilər müayinə etdilər. Bildirdilər ki, “Sizdə COVID-19 yoxdur” və xəstəxanaya aparmaqdan imtina etdilər. İki dəfə də sahə həkimi gəldi və o da sadəcə qrip olduğunu söylədi. Hətta poliklinikaya da müraciət etdik, amma bizdən analiz götürülmədi".
“Vəziyyətimiz getdikcə pisləşirdi, hərarətimiz 39 dərəcədən aşağı düşmürdü. Ona görə də özəl xəstəxanada analiz verməyə qərar verdik. Nəticədə həyat yoldaşıma ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu qoyuldu. Müalicəmizi evdə davam etdirməyi məsləhət gördülər”, - Ə.Abdullayev bildirib.
O vurğulayıb ki, bu gün həyat yoldaşının vəziyyəti pisləşdiyindən yenidən təcili tibbi yardıma müraciət ediblər: "Onu xəstəxanaya apardılar və müayinə zamanı koronavirusa yoluxduğu məlum oldu".
Qeyd edək ki, Əjdər Abdullayev və Nuridə Abdullayeva Azərbaycan, övladları Zabil Abdullayev və Gülnarə Abdullayeva isə Rusiya vətəndaşlarıdır. Hazırda ailənin digər üzvləri koronavirusu yüngül keçirdiklərindən müalicələrini evdə davam etdirirlər.
21:58 / 26 Oktyabr 2026
4
21:53 / 26 Oktyabr 2026
1
21:53 / 26 Oktyabr 2026
8
21:44 / 26 Oktyabr 2026
33
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
36
21:05 / 26 Oktyabr 2026
596
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.