İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
674
15.04.2020, 17:29
Dünyanı cənginə almış və hər gün minlərlə adamın ölümün səbəb olan koronavirusun Çinin Uhan şəhərindəki virusologiya institutundan ətrafa yayıldığına dair daha bir ciddi dəlil açıqlanıb.
Virtualaz.org xəbər verir ki, “The Washington Post” qəzeti 2018-ci ilin yanvarında ABŞ-ın Pekindəki səfirliyinin bir qrup amerikalı elmi əməkdaşın Uhan Virusologiya İnstitutuna göndərdiyini yazır. Belə ki, həmin institut 2015-ci ildə Çində ən yüksək bioloji təhlükəsizlik səviyyəsinə malik olan ilk labaratoriya olmuşdu.
“Amerikalı diplomatların bu səfər zamanı gördükləri onları o dərəcədə narahat edib ki, Vaşinqtona iki məxfi diplomatik teleqram göndəriblər”,-qəzet yazır.
“The Washington Post” bu məxfi diplomatik teleqramlardan birini əldə edib. Orada deyilir ki, labaratoriyada təhlükəsizlik problemləri var və personal kifayət qədər ixtisaslı deyil. Habelə teleqramda göstərilir ki, Uhan Virusologiya İnstitutu yarasaların koronavirusu üzərində tədqiqat aparır və bu virusun insana keçməsi potensialı narahatlıq yaradır.
Qəzet onu da qeyd edir ki, COVİD-19 virusunun süni olduğuna dair heç bir birbaşa dəlil yoxdur və koronavirusun insana yarasalardan keçməsi əsas versiyadır.
Lakin Berklidəki Kaliforniya Universiteti yanında informasiya Məktəbinin elmi əməkdaşı Syao Tszyan hesab edir ki, virus potensial olaraq məhz Çindəki həmin labaratoriyada hazırlana bilərdi. “Diplomatik teleqramda deyilir ki, həmin labaratoriyada aparılan tədqiqatlar üzündən ictimai sağlamlıq üçün mümkün təhlükəni yaranması barədə narahatlıq çoxdan mövcuddur, çünki labaratoriya kifayət qədər mühafizə olunmur və tədqiqatlar lazımı şəkildə aparılmır”,-qəzet bildirir.
Bildirilir ki, diplomatik teleqramlarda virusun süni mənşəli olması barədə birbaşa sübut olmasa da bu sənədlər hazırda ABŞ hökuməti daxilində ciddi diskussiyalara səbəb olub. Xatırladaq ki, bundan əvvəl ABŞ Senatı koronavirusun yayılması səbəblərini araşdırmaq üçün xüsusi təhqiqat başladıb. Təhqiqat Ümumdünya Səhiyyə Təşkilatının virusun yayılması təhlükəsi ilə bağlı niyə vaxtında xəbərdarlıq etmədiyini də əhatə edəcək.
Prezident Donald Tramp artıq təşkilatın maliyyələşdirilməsini dayandırdığını açıqlayıb. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı virusa qarşı vaxtında və effektiv hərəkət etməyib.
Bundan əvvəl “The Washingon Times” qəzeti də virusun Uhan labaratoriyasından ətrafa sıza biləcəyinə dair araşdırma dərc etmişdi və həmin labaratoriyada yarasaların koronavirusu üzərində tədqiqat aparan çinli alimin kimliyini də göstərmişdi.
Günün təklif olunan videosu:
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.