Qaynar xətt:

(+99450) 247 90 86

Bakı polisi məlumat yaydı: 14 min 980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Bakı polisi məlumat yaydı: 14 min 980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

HÜQUQ

589

12.04.2020, 13:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11 aprel saat 00:00-dan 12 aprel 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Oxu24.com-a  Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Qeyd olunub ki,  ümumilikdə 1 aprel tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 14 min 980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.