Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
4012
09.04.2020, 14:42
Koronavirus pandemiyasının iqtisadi zərərlərini azaltmaq məqsədilə hazırlanan tədbirlər planında bu ilin aprel-may aylarında 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcəyi qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənişin edilməsi üçün 70 milyon manat ayrılıb. Bəs işsiz kimi qeydiyyatdan keçən şəxslərə kimlər aid edilir? Hazırda çalışmayan hər kəs işsiz kimi qeydiyyatdan keçə bilərmi?
Oxu24.com xəbər verir ki, işsiz kimi qeydiyyata alınmış vətəndaşlar müvafiq meyarlara cavab verdikdə onlara 190 manat birdəfəlik ödəniş veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov pandemiya dövründə işsiz kimi qeydiyyata alınma və birdəfəlik ödəmə verilməsi ilə bağlı məsələyə təfərrüatı ilə aydınlıq gətirib.
Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq. Müraciət üçün vvv.e-sosial.az portalından istifadə etmək, "e-xidmətlər" bölməsinə daxil olaraq qeydiyyat blankını doldurmaq lazımdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun sözlərinə görə,meyarlara uyğun gələn vətəndaşlara birdəfəlik ödəniş və ya ictimai işlərə cəlb olunaraq minimum əmək haqqı almaq təklif olunacaq. Burada qərar vətəndaşın seçimindən asılıdır.
İctimai işlər üçün də ilk olaraq www.e-sosial.az portalında qeydiyyata düşmək lazımdır. Xüsusi karantin rejimi davam edərsə, birdəfəlik ödənişlərin və ictimai işlərin vaxtının uzadılması nəzərdə tutulur.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.