İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
880
09.04.2020, 02:53
Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması üçün 14,8 milyon manat ayrılması barədə sərəncam imzalayıb.
Əliyev bundan öncə, aprelin 6-da bildirib ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alır. Prezident həmçinin, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir yeni xəstəxanaların yaradılmasının nəzərdə tutulduğunu deyib.
"Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkanlar verəcəkdir,” dövlət başçısı qeyd edib.
Tibb elmləri doltoru Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda hazırda koronavirusa qarşı müalicəni təşkil etmək üçün xəstəxanalar var.
"Bakıda 4 xəstəxana ayrılıb. Həmçinin regionlarda da xəstəxanalar ayrılıb.”
O hesab edir ki, modul xəstəxanaların qurulması ehtiyacı xəstələrin sayının artmasından doğur.
"Amma sərt tədbirlər görə bilsək, yəqin ki, aprelin sonuna yaxın infeksiyanın enmə tempini görə bilərik. Tədbirlər pozulsa bu temp arta da bilər. Hər halda aprel ayında pik gözlənilir. Artım olacaq. Çünki yoluxanlar və onların yoluxdurduğu şəxslər üzə çıxacaq."
Tibb elmləri doktoru hesab edir ki, modul xəstəxanaların regionlar üzrə qurulması nəzərdə tutulmalıdır.
"Burada əhali sıxlığı nəzərə alınmalıdır. Bu xəstəliyin artım dinamikası Bakıda və cənub rayonlarında daha çoxdur. Azərbaycan əhalisinin demək olar ki, 70 faizi Bakı şəhərində toplanıb. Ona görə də əhalinin sayı və xəstələnmə dinamikası nəzərə alınmalıdır.”
Azərbaycanda mövcud xəstəxanalar virusun yayıldığı pik vaxtda xəstələri qəbul etmə imkanına malikdirmi? - sualının cavabında o deyib ki, pik dövründə xəstəxanalar çatmasa, Fransada, İngiltərədə olduğu kimi xəstələri evə göndərməklə ev şəraitində sahə həkimləri tərəfindən onlara nəzarət edilə bilər.
"Yalnız və yalnız süni ventilyasiyaya ehtiyacı olan, intensiv müalicəyə ehtiyacı olan xəstələr xəstəxanaya götürülə bilər. Əgər xəstəxanalar çatmasa, bu situasiyada o təcrübədən istifadə etmək olar.”
"Fikrinizcə, Azərbaycanda açılacaq xəstəxanaları təmin edəcək keyfiyyətli tibbi heyətlər varmı? Çünki insanlar keyfiyyətli tibbi xidmətə əl çatmamazlıqdan şikayət edir,” sualının cavabında Adil Qeybulla deyib ki, dünya təcrübəsi bu xəstəliyin çox intensiv şəkildə süni ventyilyasiya aparatları ilə təmin edilməsinin lazımlığını tələb edir.
"Dünyanın hətta inkişaf etmiş ölkələrində də xeyli problemlər yarandı. Azərbaycanda da bu çatışmamazlıq təbii ki, var. Süni ventilyasiya aparatlarının da çatışmamazlığı ola bilər. Biz də müəyyən çətinliklərlə üz-üzəyik. Bunu etiraf etmək lazımdır. Əgər səhiyyə xərcləri federal büdcəni üstələyən Amerika belə problemlərlə üz-üzə qaldısa, hələ səhiyyə sığortası olmayan Azərbaycanda bu problemlərin olmayacağından söhbət belə gedə bilməz. Bir də əgər belə modul xəstəxanaların tikilməsi məsələsi ortaya atılıbsa, mütləq və mütləq süni ventilyasiya aparatları da alınmalıdır və müəyyən ehtiyatı yaradılmalıdır,” tibb elmləri doktoru qeyd edib.
20:30 / 26 Oktyabr 2026
34
20:26 / 26 Oktyabr 2026
37
20:17 / 26 Oktyabr 2026
36
20:07 / 26 Oktyabr 2026
72
19:57 / 26 Oktyabr 2026
56
19:43 / 26 Oktyabr 2026
78
19:17 / 26 Oktyabr 2026
68
19:00 / 26 Oktyabr 2026
72
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
97
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
172
17:01 / 26 Oktyabr 2026
120
17:00 / 26 Oktyabr 2026
364
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
118
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
312
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
342
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.