Bu əlamətlər sizdə varsa,böyrəkləriniz XƏSTƏDİR -AÇIQLAMA
26 Oktyabr 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
769
31.03.2020, 17:19
Bildiyimiz kimi, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf etməkdədir. Bütün mütəxəssis və həkimlərin həyəcan təbili çaldığı bir dövrdə təəssüflər olsun ki, bəzi bivec vətəndaşlarımız qaydalara riayət etmir, bununla da həm özlərinin, həm də digər insanların həyatını təhlükəyə atırlar.
Artıq dünyanı caynağına almış təhlükəli epidemiyaya qarşı dövlətlər sanki müharibə dövründəki kimi öz resurslarını səfərbər etməkdədir. Epidemiyanın daha çox yayıldığı və ölümlərin daha yüksək olduğu ölkələrdə artıq fövqəladə vəziyyət elan olunub, ordu küçələrə çıxıb.
Bəzi ölkələrdə duyarsız və məsuliyyətsiz vətəndaşlara qarşı cəza tədbirləri belə görülür. Bütün bunlar ona görə edilir ki, epidemiyanın qarşısı maksimum tez alınsın və həyat öz axarına düşsün. Çünki bütün tibb mütəxəssislərinin və alimlərin gəldiyi yekdil qənaət ondan ibarətdir ki, koronavirusun qarşısını almağın hazırkı vəziyyətdə yeganə yolu ancaq ətraf mühitdən izolyasiya, maksimum dərəcədə çölə çıxmamaq, bununla da epidemiyanın yayılmasını önləməkdir.
Artıq yayılmanın sürəti nəzərə alınarsa, bizim ölkə vətəndaşlarının həyatı da real təhlükə altındadır. Buna görə də hakimiyyət orqanları qadağaları sərtləşdirməkdə davam edirlər. Şəhərlərarası və şəhərlərdaxili nəqliyyatın fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub. Bütün idarə, təşkilat və şirkətlər öz əməkdaşlarını distant fəaliyyət rejiminə keçiriblər. Çünki lazımsız səbəbdən evdən çıxma, hər bir kənar şəxslə təmas yoluxma riski və ölüm deməkdir. Belə məsuliyyətsiz davranışlar yalnız və yalnız insanın birinci növbədə özünün və yaxınlarının, sonra isə içində yaşadığımız cəmiyyətin taleyinə biganəliyinin göstəricisidir.
Dövlət tərəfindən alınan kompleks tədbirlər isə ölkənin bütün bölgələrində həyata keçirilməkdədir. Burada da əsas problem bizim – Azərbaycan vətəndaşlarının bu qaydalara və tövsiyələrə əməl etməməsindədir. Biz bir şeyi yaxşı anlamalıyıq ki, görülən bütün tədbirlər özümüzün, ailə üzvlərimizin, uşaqlarımızın, qohumlarımız və dostlarımızın, ümumilikdə hər kəsin sağlamlığının qorunması, onların həyatını təhdid edə biləcək təhlükənin olmaması üçündür.
Hər bir vətəndaşımız anlamalıdır ki, indiki şəraitdə karantin rejiminin pozulması hər kəs üçün ölüm deməkdir. Unutmamalıyıq ki, bu epidemiyanın qarşısında dünyanın ən güclü və inkişaf etmiş dövlətləri, onların səhiyyə sistemi acizdir. Bunların arasında ABŞ, İngiltərə, İtaliya, İspaniya, Fransa və digər inkişaf etmiş dövlətlər var. Böyük Yeddilik ölkələrinin qarşısında aciz qaldığı bir epidemiyaya qarşı kiçik dövlətlər nə edə bilər axı?
Bu məsələdə əsas diqqət yetirməli olduğumuz digər məqam isə koronavirus epidemiyasının ilk dəfə ortaya çıxdığı və bütün dünyaya yayıldığı Çinin bu bəla ilə apardığı gərgin mübarizə təcrübəsidir. Birmənalı olaraq bilməliyik ki, bu, yeni tipli koronavirusdan qorunmaq üçün vaksin hələlik tapılmayıb.
Çin rəsmilərinin dünyaya verdiyi mesaj isə ondan ibarət oldu ki, bu epidemiyanın qarşısını almaq üçün əsas şərt yalnız və yalnız karantin rejiminə əməl etmək və qaydaları pozmamaqdır.
Yəni, Çin koronavirusa sərt karantin rejiminin hesabına qalıb gəldi!
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.