Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
658
21.03.2020, 20:42
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara müraciət edib.
XİN-dən verilən məlumata görə, müraciətdə aşağıdakılar qeyd olunur:
“Əziz həmvətənlərimiz,
Bildiyiniz kimi, dünyada COVİD-19 virusu yayılmağa başladığı andan Azərbaycan Respublikası Prezidentinin başçılığı altında Hökumətimiz sistemli şəkildə qabaqlayıcı və qoruyucu tədbirlər həyata keçirir, bununla yanaşı insanlar mütəmadi məlumatlandırılır.
Öz növbəmizdə biz də vətəndaş məsuliyyətimizi anlamalı və həm özümüzə, həm də ətrafımıza qarşı diqqət göstərərək evlərimizdə qalıb və yalnız zərurət yarandığında digər insanlarla kontakta getməliyik.
Vətəndaşların dərs və işinin müvəqqəti dayandırılmasının insanlararası təmasın minimuma endirilməsinə şərait yaratmasına baxmayaraq, yenə də bəzi vətəndaşlarımız bayram süfrələri təşkil edir, kütləvi olaraq bir yerə toplaşır, biri-birinə qonaq gedirlər. Qohum, tanış fərqi olmadan hər bir təmasın potensial yoluxma vasitəsi olduğunu unutmayaq və bu dövr ərzində qərar və qaydalara ciddi riayət edək.
COVİD-19 virusuna qarşı ən həssas yaşlı və xroniki xəstələr ilə münasibətdə daha diqqətli olaraq onların bizlər daxil olmaqla digər insanlarla təmasını azaltmaq zəruridir.
Təşvişə ehtiyac yoxdur, lakin dövlətimizə, eləcə də bizim üçün 7/24 çalışan insanlara dəstək olaraq tədbirli davranmaq və özünü təcrid qaydalarına uyğun olaraq evdə qalmaq vacib və mütləqdir.
Xarici ölkələrdəki vətəndaşlararımızın da hazırda olduqları ölkələrin müəyyən etdiyi karantin qaydalarına riayət etməsi vacibdir.
Xaricdən qayıdan bütün Azərbaycan vətəndaşları 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiyanın elan olunduğu bir vaxtda məlum olduğu kimi, dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçmişdir.
İnsanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, ölkə daxilində və ölkə xaricində olan vətəndaşlarımıza səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.