İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
9929
21.03.2020, 10:59
Azərbaycan ziyalıları "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıblar.
Oxu24.com -un xəbərinə görə, müraciətdə deyilir:
"Hörmətli cənab Prezident!
Biz, bu müraciəti imzalayan bir qrup Azərbaycan ziyalısı Palmali Şirkətlər Qrupunun təsisçisi və sahibi Mübariz Qurban oğlu Mənsimovun 15 mart 2020-ci il tarixində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən saxlanılması və ondan iki gün sonra məhkəmə qərarı ilə həbs edilməsi ilə bağlı olaraq Sizə müraciət edirik. Xatırladırıq ki, yaxın vaxtda cərrahiyyə əməliyyatına məruz qalmış Mübariz Mənsimovun qardaş Türkiyə Cümhuriyyətində həbs olunması Azərbaycan ictimaiyyətini, o cümlədən bu müraciəti imzalayan ziyalıları ciddi şəkildə narahat edir. Azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun 20 il bundan əvvəl yaratdığı və əsas fəaliyyət məkanı qardaş Türkiyə olan "Palmali" şirkətlər qrupu 2018-ci ildə “Clarkson” şirkətinin keçirdiyi araşdırmalara görə dünya dənizçilik şirkətləri arasında 7-ci yeri tutub. 5 qitə və 7 dənizdə xidmətlər göstərən və Türkiyədə dənizçilik sənayesinə ən böyük gəlir və fayda gətirən "Palmali" şirkətlər qrupunda hazırda 35 minə qədər işçi çalışır.
Cənab Prezident, Sizin rəhbərlik etdiyiniz dövr ərzində Türkiyə iqtisadiyyatına milyardlarla dollar yatırımlar qoymuş bu şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türkiyədə həm də xeyriyyəçi kimi böyük nüfuz və hörmət qazanıb. Son 20 il ərzində 20 mindən çox tələbəyə təqaüd verən, Türkiyədə Bolu və Ardahanda 2 ibtidai məktəb binaşısını inşasını təmin edən şirkətin rəhbəri Mübariz Mənsimov Azərbaycanda və Türküyədə həm də vətənsevər, milliyətçi iş adamı, insanlara maddi və mənəvi dəstək olan, cəmiyyət üçün faydalı bir şəxsiyyət olaraq tanınır və sevilir.
Möhtərəm cənab Prezident!
Mübariz Mənsimova qarşı irəli sürülən ittihamların əsassız olduğu bizdə şübhə doğurmadığından, onunla bağlı araşdırmaların ədalətli olacağına inandığımızdan, Türkiyə ədliyyə sisteminə güvəndiyimizdən sizə müraciət edib bildiririk ki, Mübariz Mənsimovun qanuna zidd hərəkətlərə yol verməsi və ya onun hər hansı qanunsuz əməldə iştirak etməsi ehtimalına inanmırıq. Odur ki, biz, bu müraciətə imza atan Azərbaycan ziyalıları Sizdən xahiş edirik ki Mübariz Mənsimovun barəsind həbs qətiimkan tədbirinin dəyişdirilməsinə və onun istintaqının onun azadlığı şəraitində aparılmasına yardımçı olasınız və bu cinayət işini öz nəzarətinizə götürəsiniz. Aparılan istintaq nəticəsində ən qısa müddətdə Mübariz Mənsimovun günahsız olaraq tanınacağına inamımız sonsuzdur. Əminik ki, Mübariz Mənsimovun bütün fəaliyyəti hər iki qardaş dövlətə: Azərbaycana və Türkiyəyə xidmət, sədaqət və sevgi üzərində qurulub. Ümidvarıq ki, möhtərəm Prezident, Mübariz Mənsimovun həbsdən azad edilməsi ilə ədalətin zəfər çalmasına yardımçı olacaq, milyonlarla azərbaycanlının qəlbində bəslənilən Türkiyə sevgisıni daha da gücləndirəcəksiniz.
Dərin hörmət və ehtiramla,
Behrudi Rüstəm, Mahmud Kaşqari adına beynəlxalq mükafat laureatı, Türk dünyası uluslararası şeir festivalının altun mükafatınıın (böyük ödül) sahibi, şair-filosof
Əzimov Hacıbaba, Tarix elmləri doktoru, professor, İstiqlalçı millət vəkili, müstəqillik aktının müəllifi
Həsənli Cəmil, ABŞ-ın Vudro Vilson Mərkəsinin araşdırmaçısı, tarixçi professor
İbadoğlu Qubad, ABŞ-ın Rutgers Universitetinin iqtisadçı professoru
Qeybulla Adil, tibb elmləri doktoru, professor
Məhərrəmli Qulu, professor, qəzetçi
Məmmədov Saleh, iqtisad elmləri doktoru, professor, keçmiş maliyyə naziri".
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.