Bu əlamətlər sizdə varsa,böyrəkləriniz XƏSTƏDİR -AÇIQLAMA
26 Oktyabr 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
703
06.03.2020, 13:58
Hamiləlik zamanı sağlam, qidalandırıcı yeməklər qəbul etmək lazımdır. Lakin, hamiləlik zamanı qəbulu məsləhət olmayan bəzi qidalar var. Baxmayaraq ki, onlardan bəziləri faydalı yeməklərdir, lakin sizin körpənizə problem yaratmaq ehtimalı da var. Bu səbəbdən qəbul etməməyiniz məsləhətdir.
Axşam.az 9 ay ayrı qalmalı olduğunuz qidaları təqdim edir:
Az bişmiş və ya çiy yumurta:
Az bişmiş və çiy yumurtada olan salmonella bakteriyaları bağırsaq infeksiyasına və ishala yol açır. Ona görə yumurtanın tam bişməsindən əmin olmalısınız. Gün ərzində 2 yumurtadan artıq qəbul etmək olmaz. Yumurtanın sarısı alergik reaksiya verə bilər.
Kifli və pasterizə edilməmiş pendirlər:
Bu növ pendirlərdə olan listeria adlı bakteriya erkən doğum və hamiləliyin pozulmasına səbəb olur. Kifli və pasterizə edilməmiş pendirlər təhlükəli yoluxucu xəstəliklərə səbəb ola bilər. Hamilə xanımlar pasterizə edilmiş süd məhsulları yeməlidirlər.
Qaraciyər:
Hamilə qadınlara yüksək miqdarda A vitamini qəbul etmək məsləhət deyil. Ona görə hamilələr qaraciyər yeməkdən çəkinməlidir.
Çiy və ya az bişmiş ət:
Çiy və az bişmiş ətdə toksoplazma olur. Bu, hamiləliyin pozulmasına və erkən doğuşa yol aça bilər.
Qızartma və çips:
Qızartma xörəklərdə və çipsidə olan akrilamid maddəsi sinir sisteminə zərər verir. Bu maddə eyni zamanda xərçəng xəstəliyinin də yaranmasına səbəb ola bilər.
Dəniz məhsulları:
Kürü, istridyə, krevetka, az bişmiş qabıqlı dəniz məhsullarının hamiləlikdə yeyilməsi qadağandır.
Həddən artıq şəkər qəbulu:
Hazır qidalarla yanaşı, tort və peçenyelər, mürəbbə, bal və marmelad kimi həddən artıq şəkər ehtiva edən şirniyyatlar hamilələr üçün zərərlidir. Balın çox miqdarda qəbulu uşaqda diatezin yaranmasına səbəb ola bilər.
Bitki çayları, qara çay, qəhvə, qazlı, spirtli içkilər:
Normalda içilən müxtəlif bitki çayları hamiləlikdə həkimlə məsləhətləşmədən qəbul etmək olmaz. Bitki çayları uşaqlıq ağzı əzələlərinin yığılmasına səbəb ola bilər. Çaydan çox istifadə edən analarda qan azlığı və dəmir əskikliyi müşahidə edilir. Qəhvə ürək döyüntülərini artıraraq hamiləliyin pozulmasına, erkən doğuma səbəb olur. Qazlı içkilərdən çox istifadə isə qanda qlükozanın səviyyəsinin artmasına, mədə problemlərinə gətirib çıxara bilər. Çox şirin meyvə sularının tərkibində isə qatqı maddələrindən istifadə olunur. Hamiləlikdə spirtli içkilər içmək qəti qadağandır. Əks halda uşağın əqli inkişafından problemlər yarana bilər.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.