Bürclər - 25 aprel 2026 cı il
25 Aprel 2026, 01:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1351
18.02.2020, 22:06
Oxu24.com xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb.
Sakin: “1 nəfər oğlan idi. Qapını açmadıq, amma dedi ki, epidemiologiyadan gəlmişəm”.
Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub. Naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edir. Bu pul müqabilində onların mənzillərini virusa qarşı dezinfeksiya edəcəklərini bildirirlər.
Sakin: “Hər evdən 3 manat yığırıq, dərman almaq üçün”, – dedi. Qoruyucu geyimdə idi oğlan, əlindəki alətlə ətrafa dərman səpələyirdi. Sonra çıxdı getdi”.
Sakin: “Qurd yox, quş yox, ağcaqanad yox. İndi niyə edirsən? Dedi bizə göstəriş veriblər. Soruşduq göstərişi kim verib, cavab vermədi. Amma qabağında belə vizitka kimi bir şey var idi, qırmızı rəngdə paltarı var idi. Birinin də ağzında maska var idi. Dedilər hər evdən 3 manat yığırıq, ver. Aldı 3 manatı məndən, getdi”.
Ziyəddin Kazımov – GEM – şöbə müdiri: “Kifayət qədər özəl sektora mənsub olan belə dezinfeksiyaedici şöbələr mövcuddur. Hansı ki, bunlar ayrı-ayrı fiziki şəxslərə aiddir. Bunlar ancaq bağlanmış müqavilə əsasında xidmət göstərə bilər. Müqviləsiz hansısa qapını döyüb “biz dezinfeksiya işi aparmağa gəlmişik” deyə bilməz, icazəsi yoxdur”.
Həmçinin oxuyun
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, hazırda onlara hər hansı bir tapşırıq verilməyib. Yalnız müraciət olduğu halda dezinfeksiya işləri aparıla bilər.
Ziyəddin Kazımov – GEM – şöbə müdiri: “Ayrı-ayrı evlərdən rəsmi qaydada müraciət əsasında ödənişli xidmət göstərilir. Təsərrüfat hesabına işləyən idarədir. Onlar da bu müqavilə əsasında xidmət göstərə bilərlər”.
Vətəndaşlara tövsiyə olunur ki, gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini tələb etsin. Eyni zamanda sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.saglamolun.az
01:08 / 25 Aprel 2026
318
00:59 / 25 Aprel 2026
300
00:22 / 25 Aprel 2026
300
23:49 / 24 Aprel 2026
99
23:35 / 24 Aprel 2026
260
23:21 / 24 Aprel 2026
290
22:43 / 24 Aprel 2026
659
22:31 / 24 Aprel 2026
103
22:31 / 24 Aprel 2026
249
22:29 / 24 Aprel 2026
111
22:21 / 24 Aprel 2026
110
22:20 / 24 Aprel 2026
305
22:15 / 24 Aprel 2026
1679
22:13 / 24 Aprel 2026
97
22:10 / 24 Aprel 2026
692
22:07 / 24 Aprel 2026
99
22:03 / 24 Aprel 2026
334
22:00 / 24 Aprel 2026
221
21:56 / 24 Aprel 2026
104
21:44 / 24 Aprel 2026
217
21:10 / 24 Aprel 2026
216
20:55 / 24 Aprel 2026
138
20:49 / 24 Aprel 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.