Bu gün Gənclər Günüdür
02 Fevral 2026, 00:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3220
16.02.2020, 16:16
Növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ilə əlaqədar saxlanılan deputatlığa namizədlərin adları açıqlanıb.
Oxu24.com -ıun xəbərinə görə, D 18 Hərəkatının sədri Ruslan İzzətli, bloqer Mehman Hüseynov, Müsavat Partiyasının üzvləri Əlikram Xurşidov, Bakıxan Qəribli və Bayraməli Abdullayev (Partiyanın səlahiyyətli nümayəndəsi) saxlanılıb. ReAl Partiyanın sədri İlqar Məmmədov da polis bölməsinə aparılıb. Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq. Müxalifət nümayəndələri mitinq keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Müraciətlərinə baxılıb və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsindəki stadionda keçirilməsinə razılıq verilib. Bundan başqa, dünən mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq müvafiq qanunvericiliyin tələbləri izah edilib və icazə verilən yerdən başqa digər ərazidə mitinqin keçirilməsinin yolverilməz olduğu bir daha onların nəzərinə çatdırılıb. Ona görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcəkdir. Belə cəhdlərin qarşısı alınarkən ictimai asayişi bərpa edən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış mitinqin təşkilatçılarının üzərinə düşəcək.(Pravda.az)
Həmçinin oxuyun
00:13 / 02 Fevral 2026
40
23:54 / 01 Fevral 2026
756
23:52 / 01 Fevral 2026
142
23:20 / 01 Fevral 2026
151
23:06 / 01 Fevral 2026
157
21:19 / 01 Fevral 2026
335
20:51 / 01 Fevral 2026
335
20:44 / 01 Fevral 2026
496
20:40 / 01 Fevral 2026
355
20:19 / 01 Fevral 2026
488
19:59 / 01 Fevral 2026
2066
19:31 / 01 Fevral 2026
517
19:04 / 01 Fevral 2026
274
17:55 / 01 Fevral 2026
232
17:21 / 01 Fevral 2026
2533
17:19 / 01 Fevral 2026
244
17:04 / 01 Fevral 2026
225
16:49 / 01 Fevral 2026
564
16:47 / 01 Fevral 2026
153
16:26 / 01 Fevral 2026
300
16:14 / 01 Fevral 2026
245
16:06 / 01 Fevral 2026
226
15:51 / 01 Fevral 2026
212
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.