2026-cı ilin sözü bəlli oldu - Seçi2026-cı ilin sözü bəlli oldu - Seçimi süni intellekt etdi mi süni intellekt etdi
20 Noyabr 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1107
16.02.2020, 14:52
London Universitetinin (University College London - UCL) mütəxəssisləri aşkar ediblər ki, oturaq həyat tərzi keçirən uşaqlar 18 yaşa çatandan sonra depressiyaya düşə bilirlər.
Ekspertlər 12-16 yaş aralığında 4257 uşağın hərəkətlilik dərəcəsini araşdırıblar.
Məlum olub ki, gündə bir saata qədər yeriyən və ya hərəkətli bir işlə məşğul olan uşaqlar yetkinlik yaşına keçəndə daha az depressiv olurlar.
Araşdırmaçıların gəldiyi nəticələrdən biri də budur ki, hərəkətli həyat tərzi insalara bütün yaşlarda tövsiyə edilməlidir.
12, 14 və 16 yaşlı eksperiment iştirakçılarının fəaliyyətlərini ölçmək üçün hər birinə gündə 10 saat olmaqla, ard-arda üç gün alət taxılıb.
Bu alətlər vasitəsilə onların hərəkətsiz oturduğu, gəzdiyi, qaçdığı və ya velosiped sürdüyü saatlar qeydə alınıb.
Eyni zamanda, uşaqlar kefsiz olma, gördüyü işdən zövq almama, diqqət toplaya bilməmə kimi depressiya əlamətləriylə bağlı anket suallarını da cavablandırıblar.
Araşdırmanın nəticələrindən məlum olub ki, 12-16 yaş aralığında uşaqların hərəkətliliyi azalır, oturaq keçirdikləri saatların sayı artır.
Mütəxəssislər qeyd ediblər ki, bu yaşlarda oturaq saatların sayı 7-dən 8,5-ə qalxır, zəif hərəkətlilik müddəti 5,5 saatdan 4 saata enir, ancaq enerjili hərəkətlilik saatlarının sayı eyni qalır.

12, 14 və 16 yaşlı uşaqlarda oturaq keçən hər bir saat depressiyanı müvafiq olaraq 11,1 faiz, 8 faiz və 10,8 faiz artırır.
Hər hərəkətli saat isə bu yaş qruplarında depressiyanı müvafiq olaraq 9,6 faiz, 7,8 faiz və 11,1 faiz azaldır.
Mütəxəssislərin qənaətinə görə, 18 yaşına çatanda qrup üzvləri arasında 747 depressiya faktı qeydə alına bilər.
"İnsanlar daha az oturmalıdırlar"
Araşdırmaçılar qrupunun rəhbəri, London Universitetində psixatriya üzrə doktorluq təhsili alan Aaron Kandola deyir ki, "Ruhi sağlamlığımız üçün sadəcə çox hərəkət etməyin yox, oturaq saatların sayını azaldan hər cür çalışmanın faydalı olduğunu aşkar etdik. İnsanları bütün yaşlarında daha az oturmağa və daha çox hərəkət etməyə təşviq etməliyik. Bu, həm fiziki, həm də ruhi sağlamlığımız üçün vacibdir".
Kandola həmçinin qeyd edir ki, gənclərin hərəkətsiz keçirdiyi saatların sayı ildən-ilə artmaqdadır və bunun ruhi sağlamlığa təsiri çox az araşdırılıb:
"Statistik məlumatlara görə, depressiya keçirən gənclərin sayı getdikcə artır. Araşdırma göstərir ki, bunun hərəkətsizliklə əlaqəli olması ehtimalı böyükdür".
Mütəxəssislər bildirirlər ki, yüngülvari hərəkətləri asanlıqla və hər hansı mənbəyə ehtiyac olmadan gənclərin həyatına tətbiq etmək mümkündür və bu məsələdə məktəblər böyük rol oynaya bilər.
"King's College" ve "Maudsley" Beynəlxalq Səhiyyə Fondunun da yardımıyla keçirilmiş araşdırmanın nəticələri "Lancet" psixatriya jurnalında dərc edilib.
21:52 / 20 Noyabr 2026
16
21:48 / 20 Noyabr 2026
35
21:21 / 20 Noyabr 2026
62
20:50 / 20 Noyabr 2026
110
20:40 / 20 Noyabr 2026
131
20:33 / 20 Noyabr 2026
100
20:25 / 20 Noyabr 2026
187
20:25 / 20 Noyabr 2026
105
20:20 / 20 Noyabr 2026
109
20:18 / 20 Noyabr 2026
100
20:06 / 20 Noyabr 2026
102
20:02 / 20 Noyabr 2026
653
20:01 / 20 Noyabr 2026
97
19:50 / 20 Noyabr 2026
122
19:50 / 20 Noyabr 2026
103
19:46 / 20 Noyabr 2026
107
19:37 / 20 Noyabr 2026
135
19:37 / 20 Noyabr 2026
1139
19:29 / 20 Noyabr 2026
103
19:23 / 20 Noyabr 2026
116
19:23 / 20 Noyabr 2026
106
19:16 / 20 Noyabr 2026
109
19:06 / 20 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.