Dondurma ürəyə xeyirdir
23 Aprel 2026, 01:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
817
04.02.2020, 23:24
21-ci əsrdə dünyada 4-sənaye inqilabının reallaşdığı, müasir texnologiyaların, elm və təfəkkürün ən pik nöqtədə olduğu dövrdə Azərbaycan erkən nikah kimi ciddi problemlə üz üzə qalıb.
"Yeni Sabah" REAL TV-yə istinadən xəbər verir ki, ölkə gündəminə nəzər saldıqda bəzən bu cür hallara rast gəlmək mümkündür. Bunun qurbanları isə gəlincikdən təzə ayrılan və gəlinlik geyinməyə məcbur edilən qız uşaqlarıdır.
Bəs belə olan halda qanun nə deyir? Ümumiyyətlə erkən nikah dedikdə nə nəzərdə tutulur?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən nikaha daxilolma 18 yaşdan götürülür. Bu qanun Ailə məcəlləsinin 10-cu maddəsində də təsbit edilib.
18 yaşından aşağı şəxslərin nikaha daxil olması isə qanuna görə qadağandır. Ancaq qanun burdada öz aliliyini göstərir.
Yalnız xsüsi hallarda 18 yaşından aşağı şəxslərin nikaha daxil olmasına icazə verilir.
Həmçinin oxuyun
Cinayət məcəlləsinin 176 prim 1 maddəsinə əsasən Qadını nikaha daxil olmağa məcbur etmək birbaşa cinayət məsuliyyətinə səbəb olur.
Nikaha daxil olmaq üçün qanunvericiliydə nəzərdə tutulan yəni 18 yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur edən şəxs üçün isə qanun daha sərt cəza tətbiq edir. Belə olan təqdirdə qeyd olunan şəxs 3 mindən 4 min manata dək cərimə və ya 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Onu da qeyd edəkki qanunvericiliyə əsasən ölkəmizdə 16 yaşına qədər qadının cinsi toxunulmazlığı mövcuddur. Qanuna görə 16 yaşına çatmayan qadınla cinsi əlaqədə olan şəxs cinayət məsuliyyətinə cəlb olunur.
Təəssüf ki, erkən nikah problemi Azərbaycan üçün də aktual problemlərdəndir. Bu məsələ xüsusən ölkəmizin bölgələrində özünü daha qabarıq şəkildə göstərir. Üzümüz valideynlərədir tez evlənən uduzmaz deyib imza atmağı belə bilməyən qızlarınızın həyatına imza atmayın.
İngilis filosofu və siyasətçisi Con Lokk yaxşı deyib: Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır. Ona görə də qızlarınıza hesablamağı öyrədin.
01:42 / 23 Aprel 2026
124
00:10 / 23 Aprel 2026
171
23:46 / 22 Aprel 2026
246
23:35 / 22 Aprel 2026
174
23:24 / 22 Aprel 2026
215
23:18 / 22 Aprel 2026
2295
23:16 / 22 Aprel 2026
635
23:04 / 22 Aprel 2026
333
22:50 / 22 Aprel 2026
103
22:40 / 22 Aprel 2026
68
22:30 / 22 Aprel 2026
97
22:29 / 22 Aprel 2026
64
22:28 / 22 Aprel 2026
74
22:14 / 22 Aprel 2026
195
22:08 / 22 Aprel 2026
65
22:06 / 22 Aprel 2026
73
22:04 / 22 Aprel 2026
247
22:00 / 22 Aprel 2026
67
21:57 / 22 Aprel 2026
586
21:51 / 22 Aprel 2026
125
21:48 / 22 Aprel 2026
1686
21:45 / 22 Aprel 2026
115
21:44 / 22 Aprel 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.