Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası
20 Noyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
677
04.02.2020, 21:41
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin III kurs tələbəsi Çin Xalq Respublikası vətəndaşı Liu Youşa bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdən evə buraxılıb. Aparılan tibbi müayinələr əsasında tələbənin orqanizmində təhlükəli virusun olmadığı öz təsdiqini tapıb və ona səhhətində heç bir problemin aşkarlanmadığına dair arayış təqdim edilib.
Bu barədə Publika.az-a Bakı Dövlət Universitetindən bildirilib.
Qeyd edək ki, 19 yanvar 2020-ci il tarixində Çindən Bakıya qayıdan Liu Youşa Universitet rəhbərliyinin təşəbbüsü ilə zəruri müayinələrdən keçmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib və tələbə 14 günlük karantin dövrünü həkim nəzarəti altında başa vurub.
Hazırda Liu Youşanın tədris prosesinə qatılması Universitet rəhbərliyi tərəfindən tam təmin olunub. Universitet rəhbərliyi ona müayinə təklifini anlayışla qarşıladığına görə təşəkkür edib və müvəffəqiyyətlər arzulayıb. Eyni zamanda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə əməkdaşlığa görə minnətdarlığını bildirib.
Cari tədris ilində BDU-da Çin və ona sərhəd ölkələrdən 30-a yaxın tələbə təhsil alır və onlar sağlamlıqlarını qorumaq məqsədilə tətil müddətində Çinə getməyəcəkləri barədə məlumat veriblər.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.