Qaynar xətt:

(+99450) 247 90 86

Bu avtomobillər gömrük rüsumundan azad edilib

2020/02/04/1580834691_photo_87807.jpg

CƏMİYYƏT

1134

04.02.2020, 20:42

Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
Nazirlər Kabinetindən məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Redaktor.az-ın məlumatına görə, qərara əsasən, minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilməsi rüsumdan azad edilib.
Digər avtomobillər üçün isə 15 faiz gömrük rüsumu qüvvədə saxlanılıb. Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb. //Trend.az