Qaynar xətt:

(+99450) 247 90 86

Xəstəxananın həyətində avtomobilin üzərinə ağac düşdü

Xəstəxananın həyətində avtomobilin üzərinə ağac düşdü

CƏMİYYƏT

486

04.02.2020, 16:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Bakı şəhəri, Nəsimi rayon ərazisində nəqliyyat vasitəsinin üzərinə ağac aşıb.

 

"Report" xəbər verir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasına ("Semaşko") məxsus olan ərazidə ağac qırılıb və Elnur Bəylərovun park etdiyi BMV markalı 99-RG-932 dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilinin üzərinə düşüb.

 

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

 

Daha sonra E.Bəylərov hadisə ilə bağlı Bakı şəhər Yaşıllaşdırma idarəsinə və Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) məlumat verib.