Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23879
az

“Erkən yaşda nikaha daxil olan uşaqların valideynləri məsuliyyətə cəlb edilməlidir” - VİDEO

19:1503 Fevral, 2020
600
CƏMİYYƏT
  • A

Azərbaycanda erkən nikaha görə tətbiq edilən cəzalar sərtləşdiriləcək.

Milli.Az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində bununla bağlı sujet yayımlanıb.

Siracəddin Kərimov - Hüquqşünas: "Bu günki qanunvericilik bazası erkən nigahlarla bağlı bütün məsələləri tam olaraq tənzimləmir".

Seymur Məmmədov - AQUPDK-nin nümayəndəsi: "Əsas məsuliyyət düşür valideynlərin üzərinə".

İllərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq ölkəmizdə hələ də uşaq evliliklərinə rast gəlinir. Rəsmi qeydiyyata alınmadan qurulan belə münasibətlər isə adətən hansısa bədbəxt hadisə vaxtı üzə çıxır. Bir neçə gün öncə Masallıda 16 yaşlı gəlinin 19 yaşlı bəy tərəfindən öldürülməsindən sonra növbəti belə hal ictimailəşdi.

Sakin: "Bu erkən nigahlar bizim əsrimizin ən böyük faciələrindən biridir. Fikrimcə erkən nikaha daxil olan uşaqların hər iki, həm oğlan, həm qız tərəfinin valideynləri məsuliyyətə cəlb edilməlidir".

Sakin: "Uşaq evliliyə hazır olmur, yəni onu ailədə nə gözləyir, ailədə münasibət, böyüklərlə yanaşma tərzini bilmirlər".

Ölkədə erkən nikahları saylarını müəyyənləşdirmək çətindir. AQUPDK (Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yalnız müstəsna hallarda icazə verilmiş 17 yaşda evliliyi erkən nikah olaraq qeydiyyata alır ki, bu sayda da son illər azalma müşahidə edilir.

Seymur Məmmədov AQUPDK-nin nümayəndəsi: "Ötən illər indiki illər arasında erkən nigahların fərqində ciddi azalma var.

Belə ki, 2011-ci ilin statistiksında 5 138 nəfərin erkən nigahı qeydə alınmışdırsa 2018-ci ilin statistikasında bu 338 nəfər təşkil edir".

Uşaq evliliyi əksər hallarda valideynlərin razılığı, həttə təşəbbüsü ilə gerçəkləşir. Qanunvericiliyə görə, yetkinlik yaşına çatmayanları nikaha girməyə məcbur etdiyinə görə, onlar həbs edilə bilər. Lakin bu könullu olarsa, valideyni hətta inzibati məsuliyyət belə gözləmir.

Siracəddin Kərimov - Hüquqşünas: "Yetkinlik yaşına çatmayan şəxsi məcbur etmək 4 ilə qədər azadlıqdan məhrum etmə və yaxudda ki, 3 min manatdan 4 minə qədər cərimə cəzasının təyin olunması ilə nəticələnə bilər. Cinayət tərkibi mövcuddur amma bu izdivaca razılıq verdiyinə görə, buna şərait yaratdığına görə valideyn hər hansı bir məsuliyyət daşımır".

Ekspertlər düşünürlər ki, bu qayda dəyişməlidir. Üstəlik, yetkinlik yaşına çatmayanların toy məclisinə icazə verdiyinə görə, şadlıq sarayı rəhbərliyinin və buna göz yuman məmurların da cəzalandırılması təklif edilir.

Seymur Məmmədov - AQUPDK-nin nümayəndəsi: "Qəyyumluq himayə orqanına da böyük məsuliyyət düşür. Bu işlə bağlı qəyyumluq himayə orqanının borcu da hadisə barədə məlumat alanda müvafiq tədbir görməyidir, yəni bu birmənalı olaraq qanunvericiliyin tələbidir".

Siracəddin Kərimov - Hüquqşünas: "Tutaq ki, hər hansı bir şadlıq sarayında toy ziyafəti olur, açıq-aşkar görünür ki, bu gəlinin 16 yaşı yoxdur. Həmin o şadlıq sarayının məsul şəxsləri də məsuliyyət daşımalıdırlar hansı ki, o məsuliyyətdə nəzərdə tutulmur".

Qeyd edək ki, Azərbaycanda nikaha girmə yaşı 18-dir. Müstəsna hallarda 17 yaşda nikaha girməyə icazə verilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasına görə isə 18 yaşı tamam olmayan hər kəs uşaq sayılır və uşaqların evlənməsi qadağandır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva: "Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun"
Bu gün Azərbaycanda Zəfər Günüdür
Bayram günlərində hava necə olacaq? -PROQNOZ

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
Göyçayda 3 otaqlı ev yanıb