Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23864
az

ASAN Xidmət və ya Azərbaycanın dünyaya ilk brend ixracı – Elmir Murad YAZIR

14:0203 Fevral, 2020
581
CƏMİYYƏT
  • A

 

2012-ci ildə ASAN xidmət yaradılanda çoxları adıçəkilən qurumun bu qədər seviləcəyinə, gözləntiləri artıqlaması ilə doğruldacağına inanmırdı. Amma bir müddət keçəndən sonra ASAN xidmət nəinki ümidləri doğrultmağa başladı, hətta bir çox dövlətlərin belə maraq dairəsinə düşməyi bacardı.

 

Təbii ki, bütün bunlar sözügedən qurumda aparılan xidmətlərin keyfiyyətlə görülməsi və hər gün ASAN xidmətə üz tutanların istəklərinin tez bir zamanda həyata keçirilməsindən qaynaqlanan amildir. Yaranmasından 8 ilin keçməsinə baxmayaraq hazırda qurumun 16 mərkəzi mövcuddur. Bir neçə gün əvvəl Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında yeni mərkəzlərin açılacağının da anonsunu verib. Belə ki, yaxın zamanlarda daha 7 ASAN xidmət mərkəzləri fəaliyyətə başlayacaq. Bunlar Tovuz, Kürdəmir və Ağcabədidə açılacaq. Artıq adıçəkilən bölgələrdə "ASAN xidmət" kompleksləri ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bununla yanaşı ASAN xidmət beynəlxalq arenaya da çıxmağa başlayıb. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə ASAN Beynəlxalq Assosiasiyası yaradılır. Ü.Mehdiyev müsahibələrinin birində Assosiasiyanın Azərbaycana verəcəyi dvindetləri açıqlayarkın bildirib ki, Assosiasiyanın təsis edilməsində əsas məqsəd bu sahədə olan ən mütərəqqi konseptləri digər ölkələrə tətbiq etmək, təcrübə mübadiləsi aparmaq, institusional ekspert bazası yaratmaqdır. Bununla da Azərbaycan Assosiasiyanın yaratdığı imkanlar hesabına “ASAN xidmət” konseptini daha çox ölkəyə ixrac edə biləcək. Agentlik sədri vurğulayıb ki, bu baxımdan Assosiasiyanın yaradılması uğurlu bir addımdır. Burada diqqət çəkən digər məqam odur ki, “ASAN” sözü təkcə Azərbaycan sözü olmaqla məhdudlaşmır, beynəlxalq təşkilatın adına və hüquqi xidmətlər göstərmək sahəsində beynəlxalq terminoloji sözə çevrilir. Ü.Mehdiyevin sözlərində ən diqqət çəkən məqamlardan biri də “ASAN xidmət” konseptini daha çox ölkəyə ixrac etmək məsələsidir. Azərbaycan bir çox ölkəyə “Made in Azerbaijan” adı altında bəzi məhsullarını satırdı. Bundan sonra “ASAN xidmət”-in də məhz Azərbaycanın brendi olaraq digər dövlətlərdə tətbiqi ölkəmizə böyük nüfuz qazandırmış olacaq. Ona görə də bu konseptin hazırlanması da, onu hazırlayıb ərsəyə gətirənlər də ancaq və ancaq alqışa layiqdir. Nəzərə alsaq ki, Azərbaycan kimi balaca ölkələr dünyanın diqqət mərkəzinə çox nadir hallarda düşür, o zaman sözügedən Assosiasiyanın yaradılmasına dövlətlə yanaşı, hər birimiz maksimum dəstəyimizi və koməyimizi ifadə etməliyik. Ona görə yox ki, ASAN xidmətə hər dəfə üz tutanda bizi orada xoş təbəssümlə qarşılayıb, tez bir zamanda istəklərimizi gerçəkləşdirirlər. Ona görə ki, bu Azərbaycanın, dövlətimizin uğurudur. Ona görə ki, Azərbaycanı artıq bundan sonra xaricdə tək neft, pomidor, fındıq ixracatçısı kimi tanımayacaqlar, həm də ASAN xidmət kimi gözəl sosial layihələrin mövcud olduğu ölkə kimi tanıyacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakının iki prospektində aparılan işlər yekunlaşır - VİDEO
Azad olunan ərazilərdə iyun ayında 549 mina zərərsizləşdirilib
Alimlərdən plastik qablarla bağlı XƏBƏRDARLIQ

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü