Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası
20 Noyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
820
02.02.2020, 21:41
Dinimizin nəzərinə görə, o kəs ki, qeybəti eşidər, qeybət edən kimi cəzaya malik olar. Məgər əgər qeybəti inkar edərsə, ya həmin şəxsin sözünü kəsərsə, ya məclisi tərk edərsə və ya qəlbində ona qəzəblənərsə - o zaman günah qazanmaz.
Oxu24.com deyerler.org-a istinadən bildirir ki, əgər dilində deyərsə ki, sakit ol, ancaq qəlbində ona meyil edərsə - bu halda nifaq əhlindən sayılar. Ona görə də dindar insan müsəlman qardaşının qeybətini eşidən zaman, gərək onu inkar etsin. Əks halda o da günah qazanacaq və cəza alacaqdır.
Ona görə də deyə bilərik ki, qeybətə qulaq asmaq - onu etmək hökmündədir və hər kim bu qeybəti eşidən zaman onu inkar etməzsə, həmin şəxslə bu günahda şərik olar.
Çünki dini təlimlərimiz buyurur:
1. Qeybətə qulaq asan, qeybət edənin günahında şərik olar.
2. Qeybətə qulaq asmaq - qeybəti etmək kimidir.
3. O kəs ki, qeybətə qulaq asar - qeybət edənlərdən sayılar.
4. Qeybəti dinləyən - qeybət edənlərdən biridir.
Bəli, hər kim iştirak etdiyi məclisdə din qardaşının qeybətini eşidərsə və meyil ilə ona qulaq asar və inkar etməzsə - həmin günahda şərik olar. İnsan belə məclisdə əyləşən zaman nəfsi bu məclisə uyğunlaşar və ortaqlıq əldə edər. Belə bir məclis insan ruhuna zəhər kimi təsir edər.
"İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şeirlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar.
Onların rüsvayedici bir əzabı olacaqdır". ("Loğman" 6).
Beləliklə, qeybəti eşidən onu inkar etməli, qeybət edənlə razılaşmamalı, qeybəti ediləni müdafiə etməli, o cümlədən, həmin məclisi tərk etməlidir. Və hər bir halda, bu qeybətlə daxilən razılaşmamalı, ona meyil etməməlidir. Bu zəhərin onun vücuduna yayılmasına imkan verməməlidir.
Allah Təala cəmi müsəlmanları bu rəzil sifətdən amanda saxlasın!
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.