Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda karantində saxlanılan çinli tələbənin atası virusdan vəfat edib

2020/01/31/1580482666_1580480631_xestexana-baglanib.jpg

CƏMİYYƏT

1073

31.01.2020, 19:15

1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan tələbənin kimliyi məlum olub.

Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, bu BDU-nun Amerikaşünaslıq fakültəsinin III kurs tələbəsi Zhenghai Liu Youshadır.
Bu ilin yanvar ayının ortalarında Çindən Azərbaycana gələn tələbə yanvarın 27-də Kliniki Tibbi Mərkəzə daxil olub.

Tələbənin dediyinə görə, atası Çində dünyasını dəyişib. Ona görə də o hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə karantində saxlanılır. Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.