Qaynar xətt:

(+99450) 247 90 86

Fevral ayının havası ilə bağlı - MÜHÜM AÇIQLAMA

Fevral ayının havası ilə bağlı - MÜHÜM AÇIQLAMA

CƏMİYYƏT

758

31.01.2020, 14:00

Fevral ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu24.com -a verilən məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 2, respublikanın dağlıq və dağətəyi rayonlarında isə 3-4 dərəcə yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, bəzi yerlərdə 5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-24 mm) gözlənilir. Naxçıvan Muxtar Respublikasında Orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 5-10, dağlarda 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi yerlərdə 0-3 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-4 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 11-29 mm) gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 8-10 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi yerlərdə 0-4 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-4 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (25-35 mm) gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-36 mm) gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında Orta aylıq temperaturun 1-5 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 7-10, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüzlər 6-11, bəzi yerlərdə 0-2 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-55 mm) gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-35 mm) gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-2, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 44-105 mm) gözlənilir.
Təhlükə anında sərnişin nə etməlidir? – Rəşad Rzadan vacib təlimatlar  

14:13 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

Təhlükə anında sərnişin nə etməlidir? – Rəşad Rzadan vacib təlimatlar  

53

0
Milli Məclis mühüm qərarlar qəbul edib 

14:03 / 22 Aprel 2026

SİYASƏT SİYASƏT

Milli Məclis mühüm qərarlar qəbul edib 

523

0
Milli Məclisdə deputatları azlıq təşkil edən partiyaların MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib 

14:02 / 22 Aprel 2026

SİYASƏT SİYASƏT

Milli Məclisdə deputatları azlıq təşkil edən partiyaların MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib 

53

0
SON DƏQİQƏ! Bakı metrosundakı hadisəyə görə sərt cəza: İşdən çıxarılanlar var

13:54 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

SON DƏQİQƏ! Bakı metrosundakı hadisəyə görə sərt cəza: İşdən çıxarılanlar var

258

1
Könül Ələkbərov da işdən çıxarıldı 

13:52 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

Könül Ələkbərov da işdən çıxarıldı 

138

0
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir 

13:50 / 22 Aprel 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir 

56

0
Mərkəzi Bank ödəniş təşkilatını və onun vəzifəli şəxsini cərimələyib 

13:39 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mərkəzi Bank ödəniş təşkilatını və onun vəzifəli şəxsini cərimələyib 

58

0
Bu ixtisas qrupu üzrə qəbul DAYANDIRILACAQ?— Ekspertdən  AÇIQLAMA  

13:35 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ixtisas qrupu üzrə qəbul DAYANDIRILACAQ?— Ekspertdən  AÇIQLAMA  

168

0
Dövlət başçısı: Latviya Prezidentinin səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq 

13:28 / 22 Aprel 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Latviya Prezidentinin səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq 

55

0
DİN əməliyyat keçirib: Saxlanılan şəxslər kimlərdir? - VİDEO

13:23 / 22 Aprel 2026

KRİMİNAL KRİMİNAL

DİN əməliyyat keçirib: Saxlanılan şəxslər kimlərdir? - VİDEO

84

0
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib 

13:17 / 22 Aprel 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib 

63

0
İntensiv yağış,qar yağacaq     —   23 aprellə bağlı XƏBƏRDARLIQ

13:11 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

İntensiv yağış,qar yağacaq     —   23 aprellə bağlı XƏBƏRDARLIQ

525

0