Zəlzələ OLDU
22 Aprel 2026, 14:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2015
30.01.2020, 15:36
“İcbari tibbi sığorta sistemində 2A kateqoriyasına daxil edilən xəstəxanaların baş həkimi (direktor) 6000 manat məbləğində maaş əlavəsi alacaq. 2B kateqoriyasında olan xəstəxanaların baş həkimi isə 6000 manatın 70 faizi həcmində əməkhaqqı əlavəsi alacaq”.
Oxu24.com xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında İcbari Tibbi Sığorta Agentliyinin büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin koordinatoru Nəsimi Nuriyev deyib.
O bildirib ki, xəstəxanalarda iki direktor müavini vəzifəsi nəzərdə tutulub: “Onların maaşı baş həkimin maaşına bağlıdır. A kateqoriyasında olan xəstəxananın direktor müavinləri baş həkimin əlavəsinin 50 faizi məbləğində, yəni 3000 manat əlavə alacaq.
Eynilə A kateqoriyasında olan xəstəxananın şöbə müdiri 1500, şöbə müdirinin müavini 1125, digər qeyri-tibb işçisi isə 450 manat maaş əlavəsi alacaq.
Bu ayın sonundan etibarən birinci mərhələdə pilot layihələr tətbiq edilən regionlarda xəstəxanaların müvafiq şəxslərinin əməkhaqlarına kateqoriyalara əsasən müvafiq əlavələr həyata keçiriləcək”.
Onun sözlərinə görə, icbari tibbi sığorta mexanizmində qiymətləndirmə meyarlarına, topladığı ballara görə xəstəxanalar 3 qrupa bölünüb:
Həmçinin oxuyun
“Məsələn, Bakı şəhərində Neftçilər xəstəxanasının etdiyi əməliyyat Xaçmazda yerləşən xəstəxanada icra olunmur. Ona görə də Agentlik oranın direktorunun maaş əlavəsi ilə Bakıdakı Neftçilər xəstəxanasının direktoruna eyni əməkhaqqı əlavəsini verə bilməz. Bu, ədalət prinsipinin qorunmaması demək olardı. Ona görə də biz kateqoriyalar sistemini yaratdıq.
Bu meyarlar sisteminə görə faiz dərəcələri müəyyən olundu. Faiz dərəcələrinin işlənilməsində həm agentliyin, həm TƏBİB-in mütəxəssisləri, ictimaiyyətdən ekspertlər iştirak etdilər. Bu layihə davamlı layihə olacaq”.
Günün təklif olunan videosu:
14:20 / 22 Aprel 2026
1
14:13 / 22 Aprel 2026
19
14:03 / 22 Aprel 2026
162
14:02 / 22 Aprel 2026
27
13:54 / 22 Aprel 2026
137
13:52 / 22 Aprel 2026
80
13:50 / 22 Aprel 2026
33
13:39 / 22 Aprel 2026
40
13:35 / 22 Aprel 2026
90
13:28 / 22 Aprel 2026
38
13:23 / 22 Aprel 2026
58
13:17 / 22 Aprel 2026
49
13:11 / 22 Aprel 2026
281
13:09 / 22 Aprel 2026
37
13:08 / 22 Aprel 2026
268
13:05 / 22 Aprel 2026
41
12:56 / 22 Aprel 2026
53
12:35 / 22 Aprel 2026
700
12:29 / 22 Aprel 2026
60
12:27 / 22 Aprel 2026
49
12:21 / 22 Aprel 2026
71
12:18 / 22 Aprel 2026
59
12:17 / 22 Aprel 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.