Özünə 20 min manat maaş yazan Anar xan və 500 manatlıq “susan qullar”...
30 Yanvar 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1214
30.01.2020, 00:03
Qoç - Dünənin müsbət yüklü ab-havası bu gün də davam edəcək. Emosional fonun bir qədər fərqliliyi əhval dəyişkənliyinə yol açır, amma çoxları şən qalmağı bacaracaqlar. Günün ortasında hətta tənbəllər fəallaşacaqlar: əksər insanlarda qəflətən iş görmək həvəsi yaranacaq.
Buğa - Entuziazm, böyük ümidlər, yaxşılığa doğru dəyişikliklərə inam - bu günün əsas devizidir. Bəzən bunlar yalançı ümidlər yaradacaq, ən çox da qadınlarda.
Əkizlər - Gücünüz yetərlidir. Çəkinməyin, əl-qolunuz yanınıza düşməsin. Cəmiyyətdə bir qədər ruh yüksəkliyi, xoş əhval hökm sürür. Bu səbəbdən çoxları xırda anlaşılmazlıqlara, xoşagəlməzliklərə fikir vermir.
Xərçəng - Həyəcanlanmayın, sevinməyə çalışın. Həyat enerjiniz çox deyil, odur ki, ciddi işlərdən çəkinin. Əsəb sisteminiz zəifləyib, odur ki, stresdən uzaq olun. Sevdiyiniz bir işlə məşğul olun, yaxınlarınızla ünsiyyət saxlayın: nə qədər çox xoş emosiyalarınız olsa, bir o qədər yaxşıdır.
Şir - Uğurlu gündür. Xüsusən danışıqlarda müvəffəqiyyət qazanacaqsınız. Kimisə dilə tutmaq, razı salmaq, inandırmaq, öz tərəfinizə çəkmək bu gün sizə asan olacaq. İşlə bağlı maraqlı ideyalarınız yaranacaq. Onları bir yerə yazmağa tənbəllik etməyin, bir qədər sonra gərəyiniz olacaq.
Qız - Yaxınlarınızla münasibətiniz ahəngdardır. Hər hansı bir məclisdə istənilən qonaqsınız. Odur ki, evdə oturmayın, qonaq gedin, konsertə getməyə çalışın. Günün ortasında romantik görüş gözlənilir.
Həmçinin oxuyun
Tərəzi - Bu gün həm gözlənilən, həm də təsadüfi sevinclərlə doludur. Xoş xəbərlər, gözləmədiyiniz şəxslərdən hədiyyələr, çoxdan vacib bir söz söyləmək istədiyiniz biri ilə görüş gözləyir. Bu bürcün bir çox nümayəndələri üçün qırılmış romantik münasibətlərini yeniləmək kimi bir şans yaranır.
Əqrəb - Özünüz və yaxınlarınız üçün əlləşib-vuruşmaqdan yorulmursunuz. Və bu əməyiniz hədər getməyəcək. Tapdanmış cığırlarla getmirsiz, yeni yollar axtarıb tapırsınız, bunlar həm qısa, həm də xoş olacaq.
Oxatan - Xoş tendensiyalar həyatın bütün sferalarına təsir göstərir. Bu isə imkanları genişləndirir. Sizdən yalnız məqsədinizə çatmaq üçün vacib olan məsələləri seçib ayırmaq və onları həll etmək tələb olunur. Ancaq bircə əmma var ki, istədiyinizi almaq üçün zəhmət çəkməli olacaqsınız.
Oğlaq - Bu gün özləri və ətraflarındakılar üçün məqsədlər və onların həyata keçirilməsi üçün planlar fikirləşib tapa bilərsiniz. Xoşbəxtlikdən, hələlik heç nə reallaşdıra bilmirsiniz, yoxsa, çoxlu səhv edərdiniz. İş bundadır ki, bu gün reallıqla arzularınızı qarışdırırsınız.
Dolça - Bu gün həyatınızda çox ciddi dəyişiklik baş verə bilər. Bu bürcün nümayəndələri bu dəyişikliyi əvvəlcədən hiss edir və haqlı olaraq ona əvvəlcədən köklənirlər. Vaxtınız hədər getməyəcək. Siz qollarınızı çırmayıb işə girişməyə və vacib bir məsələnin həllilə məşğul olmağa hazırsınız. Emosiyalarınıza hakim olun. Xüsusilə səfərə hazırlaşanlar sakit və soyuqqanlı olsunlar.
Balıqlar - Bu günlə sizin daxili vəziyyətiniz uyğunlaşmır: vuruşmaq, üsyan etmək istəyirsiniz. Amma nə barrikada var, nə döyüş yoldaşları, nə də dəyərli bir düşmən. Odur ki, bu xülyalardan əl çəkin.
13:41 / 30 Yanvar 2026
15
13:33 / 30 Yanvar 2026
21
13:30 / 30 Yanvar 2026
26
13:17 / 30 Yanvar 2026
103
13:09 / 30 Yanvar 2026
49
12:55 / 30 Yanvar 2026
1232
12:38 / 30 Yanvar 2026
92
12:27 / 30 Yanvar 2026
78
12:23 / 30 Yanvar 2026
46
12:10 / 30 Yanvar 2026
39
12:09 / 30 Yanvar 2026
41
12:02 / 30 Yanvar 2026
76
11:58 / 30 Yanvar 2026
80
11:39 / 30 Yanvar 2026
896
10:57 / 30 Yanvar 2026
162
10:36 / 30 Yanvar 2026
97
10:34 / 30 Yanvar 2026
90
10:15 / 30 Yanvar 2026
477
09:41 / 30 Yanvar 2026
90
09:01 / 30 Yanvar 2026
77
08:31 / 30 Yanvar 2026
82
08:15 / 30 Yanvar 2026
43
02:29 / 30 Yanvar 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.