Azərbaycanda beşdən çox uşağı olan 3 minə yaxın qadın var
22 Aprel 2026, 10:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
787
29.01.2020, 19:43
Rusiyanın Krasnoyarsk şəhərindən olan və cinsi orientasiyasına görə anası tərəfindən aldadılaraq Azərbaycana gətirilən Sevgiyə Sübhani İsmayılova Bakıda “üç gün it kimi zəncirdə gəzdirildiyini” bildirib. Bu barədə qız “Takiye dela” informasiya portalına danışıb.
Sevgiyənin sözlərinə görə, “öz hüquqları” uğrunda mübarizə apardığı üçün zorakılığa məruz qalıb:
“Məni durmadan şillələyirdilər. Anam bir dəfə qəzəblənib ayaqqabı dabankeşi ilə vurub. Əlimi-ayağımı kəndirlə bağlamışdılar. Mən üç gün it kimi zəncirdə gəzmişəm. Elə zəncirli halda da yatırdım”, - deyə qız xatırlayıb.
Sevgiyə anasını “qara siyahı”ya saldığını və daha onunla ünsiyyət qurmadığını bildirib. O, bütün diqqətini dərslərinə vermək istədiyini vurğulayıb.
Həmçinin oxuyun
Sevgiyənin anası öz növbəsində nəşrə bildirib ki, qızı Azərbaycana könüllü şəkildə gedib.
“Əlbəttə, lesbiyan olmaq, xüsusən də gey olmaq Qafqazda ağırdır. Bəzi regionlarda iş qətlə qədər uzanır və bu ağır vəziyyətdir... Biz mübarizə aparmalıyıq, qorxmamalıyıq”, - deyə Sevgiyə fikirlərini bölüşüb.
Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb. Bundan sonra ana qızını aldadaraq Bakıya gətirib, sənədlərini və telefonunu əlindən alıb, onu zorla evdə saxlayıb.
Bu barədə ictimaiyyətə məlumat yayılandan və hüquq mahfizə orqanlarının, həmçinin səlahiyyətli şəxslərin işə qarışmasından sonra Sevgiyə Sübhani İsmayılova vətəndaşı olduğu ölkəsinə yola salınıb.
10:40 / 22 Aprel 2026
9
10:25 / 22 Aprel 2026
27
10:08 / 22 Aprel 2026
43
09:58 / 22 Aprel 2026
101
09:53 / 22 Aprel 2026
61
09:50 / 22 Aprel 2026
39
09:48 / 22 Aprel 2026
128
09:42 / 22 Aprel 2026
56
09:38 / 22 Aprel 2026
38
09:18 / 22 Aprel 2026
46
09:13 / 22 Aprel 2026
73
09:04 / 22 Aprel 2026
60
08:59 / 22 Aprel 2026
47
00:55 / 22 Aprel 2026
110
00:42 / 22 Aprel 2026
99
00:34 / 22 Aprel 2026
130
23:59 / 21 Aprel 2026
160
23:50 / 21 Aprel 2026
234
23:42 / 21 Aprel 2026
119
23:19 / 21 Aprel 2026
150
23:16 / 21 Aprel 2026
153
23:06 / 21 Aprel 2026
245
22:54 / 21 Aprel 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.