Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirusun müəyyənləşdirilməsi üçün Azərbaycana test gətirilir

Koronavirusun müəyyənləşdirilməsi üçün Azərbaycana test gətirilir

CƏMİYYƏT

875

29.01.2020, 12:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Hazırda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə danışıqlar aparır. Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur”.

Oxu24.com   xəb\ər   verir   ki,  Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, dəqiq tarix barədə məlumat vermək mümkün deyil:

“ÜST testlərin ölkəyə gətirilməsinə kömək edəcək”.

A.Əliyeva qeyd edib ki, virus növü yeni olduğundan dünyada peyvəndi hazırlanmayıb:

“Yəqin müəyyən müddətdən sonra vaksin hazırlana bilər. Ancaq bu günə infeksiyaya qarşı vaksin yoxdur”.