Bu marşrut üzrə bütün avtobuslar yenilənir
21 Aprel 2026, 20:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
989
26.01.2020, 00:08
Qoç - Xeyriyyə aksiyaları və digər ictimai tədbirlərdə iştirak etmək, ehtiyacı olanlar üçün pul toplamaq olar. Bununla belə, kommersiya fəaliyyəti effektli olmayacaq, sərfəli sövdələşmələrə bel bağlamağa dəyməz.
Buğa - Bu gün pul və işlə bağlı məsələlərin müzakirəsi üçün münasibdir. Amma yeni layihələrə başlamaq tövsiyə olunmur: yəqin ki, onları lazımi səviyyədə reallaşdırmaq mümkün olmayacaq.
Əkizlər - Yeni tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər tez bir zamanda romantik xarakter alacaq. Xırdalıqlara qarşı diqqətli olun! Əks təqdirdə keçmişin problem və qayğıları yenidən aktuallaşa bilər.
Xərçəng - Konkret nəticə əldə etməyə yönəlmiş işlər üçün yaxşı gündür. Aydın məqsədinizin olması nəzərəçarpacaq uğurları əldə etməyə yardım edə bilər. Hər şeyin əleyhinizə olduğunu hiss etsəniz belə, təslim olmayacaqsınız. Tezliklə məlum olacaq ki, köməkçiləriniz və müttəfiqləriniz var. Risk etmək olar. Bu gün əldə edilən sövdələşmələr uğurlu olacaq.
Şir - Uğursuz gündür. Emosional fon sabit deyil, bir çoxları aqressiv davranışa meyllidirlər. Hisslərini cilovlamağa yalnız kənar tendensiyaların təsirinə qeyri-həssas adamlar nail olacaqlar.
Qız - Ən yaxşısı bu gün yeni nəyəsə başlamamaqdır. Əgər işlər təxirə salınmamalıdırsa, çox ehtiyatlı olun. Bu gün ətrafdakılarla fikir ayrılıqları yarana bilər. Həyatdan narazılıq sizi düşünülməmiş addımlara vadar edə bilər. Nəsə vacib bir şeyi unutmaq və ya itirmək təhlükəsi var.
Həmçinin oxuyun
Tərəzi - Əqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla.
Əqrəb - Yaradıcılıq potensialı çox yüksəkdir. Bu, bir çox problemlərin orijinal həlli yollarını tapmağa imkan verəcək. Amma bəzən müəyyən xoşagəlməzliklər də gözlənilir: təxəyyül və fantaziyanız sizi çox uzaqlara apara bilər. Əqrəblər intuisiyalarına lazım olduğundan daha çox etibar edirlər. Bir qədər sağlam düşüncə pis olmazdı.
Oxatan - Romantik görüşlər, sevdiyiniz adamla ünsiyyət üçün münasib gündür. Yeni romanın başlanması da mümkündür. Bəzi Oxatanlar cəsur və düşünülməmiş addımlar ata bilərlər. Amma buna görə cəza gözlənilmir. Bürcün nümayəndələrinin bəxti gətirəcək.
Oğlaq - İstənilən aktiv fəaliyyət üçün əlverişli gündür. Enerjili və qərarlısınız, özünüzə inamınız tamdır. Sizə hədəfinizə çatmaqda mane ola biləcək insan və ya hadisəni təsəvvür etmək çətindir. Enerjinizi dinc məcraya yönəltməyə çalışın. Yoxsa, nəticələri ağır ola bilər. Gün idman və fiziki işlər üçün münasibdir.
Dolça - Bu gün ətrafdakılar üçün daha valehedici və cazibədar görünəcəksiniz. Bundan öz maraqlarınıza uyğun şəkildə yararlanmağa çalışın. Eksperimentlər etmək olar. Amma başqalarının hissləri ilə oynamaq qəti qadağandır: məğlub olacaqsınız. Barənizdə kompromatlara malik adamlarla iş görmək tövsiyə olunmur.
Balıqlar - Maraqlı gündür. Öz düşüncələrinizə nəzarət etmək çətindir. Onlar sizi çox uzaqlara aparır və gözlənilməz nəticələrə səbəb olur. Özünüzü çox tənqid etməyin, bacarıq və istedadınıza şübhə ilə yanaşmayın. Bu gün ulduzlar sizin tərəfinizdədir və bundan yararlanmamaq axmaqlıq olar.
20:10 / 21 Aprel 2026
1
19:59 / 21 Aprel 2026
30
19:48 / 21 Aprel 2026
35
19:31 / 21 Aprel 2026
40
19:13 / 21 Aprel 2026
171
19:03 / 21 Aprel 2026
51
18:38 / 21 Aprel 2026
71
18:19 / 21 Aprel 2026
76
18:05 / 21 Aprel 2026
64
18:00 / 21 Aprel 2026
52
17:55 / 21 Aprel 2026
72
17:30 / 21 Aprel 2026
98
17:25 / 21 Aprel 2026
427
17:23 / 21 Aprel 2026
105
17:20 / 21 Aprel 2026
61
17:05 / 21 Aprel 2026
75
16:55 / 21 Aprel 2026
70
16:42 / 21 Aprel 2026
843
16:36 / 21 Aprel 2026
96
16:24 / 21 Aprel 2026
302
16:23 / 21 Aprel 2026
69
16:21 / 21 Aprel 2026
183
16:07 / 21 Aprel 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.