Bu marşrut üzrə bütün avtobuslar yenilənir
21 Aprel 2026, 20:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
815
25.01.2020, 18:31
"Kaş Polad yox, mən öləydim. Varımdan-yoxumdan olmuşam. Elə bil dünya dağılıb, altında qalmışam".
"Oxu24.com" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Kəlbəcər Rayon 19 saylı tam orta məktəbin direktoru Nadir Əsgərov 4-ci sinif şagirdi Polad Ömərovun ölümündən danışarkən deyib. O bildirib ki, Poladın ölümü onu sarsıdıb:
"Ürəyimə bir dağ oldu. Hadisə dekabr ayının 28-də baş verib. Gecə Poladı qapılarında it qapıb. Aparıb 3 iynə vurdurublar. Amma xeyri olmayıb. İtin quduzduğu çox olub, iynələr ona təsir edə bilməyib. Axşam onlarda idim, narahat oldum, ailəyə dedim ki, təcili gedin iynə vurdurun, siz Poladla təmasda olmusunuz. Onlar da gedib Pirallahı xəstəxanasında müayinə olundular. Hər ehtimala qarşı bu lazım idi".
Nadir Əsgərov bu hadisədən sonra məktəbdə şagirdlərin sayının azaldığını vurğulayıb:
"Dəhşətdi, it buraları başına götürüb. Heç kəs bilmir ki, Poladı dişləyən it ölüb ya yox. Uşaqlar qorxu içindədir. Həmin iti tanımırlar ki, tutsunlar. Uşaqlar məktəbə maşınla gəlib-gedir. Məktəbin ətrafı, kəndin içi o itlərlə doludur. Bəlkə həmin it başqa bir itlə boğuşub. Belə olan halda həmin it də quduzlaşır. Kömək edin. Hər yerə müraciət etmişəm, gəlin bunun qarşısını alaq. Səsimi eşidən yox. Bu itlər ərazidə təhlükə mənbəyidir. İnsanların həyatı təhlükədədir".
Həmçinin oxuyun
Qeyd edək ki, Bakıda azyaşlı oğlan it dişləməsindən sonra dünyasını dəyişib.
Hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.
Belə ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən ay küçə iti tərəfindən dişlənib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib.
20:10 / 21 Aprel 2026
1
19:59 / 21 Aprel 2026
30
19:48 / 21 Aprel 2026
35
19:31 / 21 Aprel 2026
40
19:13 / 21 Aprel 2026
171
19:03 / 21 Aprel 2026
51
18:38 / 21 Aprel 2026
71
18:19 / 21 Aprel 2026
76
18:05 / 21 Aprel 2026
64
18:00 / 21 Aprel 2026
52
17:55 / 21 Aprel 2026
72
17:30 / 21 Aprel 2026
98
17:25 / 21 Aprel 2026
427
17:23 / 21 Aprel 2026
105
17:20 / 21 Aprel 2026
61
17:05 / 21 Aprel 2026
75
16:55 / 21 Aprel 2026
70
16:42 / 21 Aprel 2026
843
16:36 / 21 Aprel 2026
96
16:24 / 21 Aprel 2026
302
16:23 / 21 Aprel 2026
69
16:21 / 21 Aprel 2026
183
16:07 / 21 Aprel 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.