Ər-arvad "cin çıxarmaq" adı ilə 9 yaşlı qızı öldürdü
29 Yanvar 2026, 21:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1140
25.01.2020, 00:28
Qoç - Çox uğurlu gündür. Döyüş əhval-ruhiyyəsindəsiniz. Odur ki, düşmənlərinizə yalnız acımaq olar. Bürcün nümayəndələri bu gün müxtəlif vəzifələrin öhdəsindən gələcək, peşəkarlıq nümayiş etdirəcək və ən çətin işlərdə uğur qazanacaqlar. Biznesmen Qoçlar işlərini genişləndirə bilərlər.
Buğa - Amma bunu etiraf etmək istəyi yoxdur. Çoxları gündəlik məsələləri unudaraq düşünmədən tamamilə perspektivsiz işlərə girişəcəklər. İş yerini dəyişmək tövsiyə olunmur. Maliyyə çətinlikləri mümkündür.
Əkizlər - Ünsiyyət dairəsini genişləndirmək istəyi çox güclüdür. Əkizlər yeni tanışlıqlara can atacaqlar. Bürcün tənha nümayəndələri düşünülməmiş hərəkətlə yol verə, hissə qapıla bilərlər. Artıq "yarısı"nı tapanlar isə nəfslərinə sahib çıxacaqlar.
Xərçəng - Bu gün yalan ümidlər, tamamilə əsassız illüziyalarla yadda qalacaq. Başınıza gələn ideyalar ilk baxışdan gözəl görünsələr də, onları reallaşdırmaq ya çox çətin, ya da qeyri-mümkündür.
Şir - Gün işlərdə əhəmiyyətli irəliləyiş vəd edir. Düzgün qərarlar verə, irəliləməyə mane olan tələlərdən yayına, səhvsiz hərəkət edə biləcəksiniz. Rəhbərliklə söhbətlər yaxşı keçəcək. Nüfuzlu şəxslərlə görüş üçün əlverişli gündür. İş adamları fəaliyyət dairələrini genişləndirə biləcəklər.
Qız - Yeni işlərə başlamaq üçün yaxşı gündür. Siz qərarlı və enerjilisiniz, gücünüz qarşısında dayana biləcək hansısa maneəni təsəvvür etmək çətindir. Riskli fikirlər uğurlu olacaq. Siz çox şeyi qumara qoymağa və daha artığını qazanmağa qadirsiniz.
Tərəzi - Siz başqalarının maraqlarını özünüzünkülərdən daha yüksəkdə tutmağa meyllisiniz. Bu, yaxşı münasibətlərin saxlanmasına yardım etsə də, sizin özünüzdə əsl komfort hissi yaratmayacaq. Axşam ovqatınız korlana bilər. Bəzi Tərəzilər depressiya vəziyyətinə yaxındırlar.
Əqrəb - Bəyənmədiyiniz adamların ovqatınızı korlamasına imkan verməyin. Sizi tarazlıqdan çıxarmaq çətin deyil. Harmoniyanın bərpası isə o qədər də asan deyil. Bəzi Əqrəblər özləri üçün problemləri özləri yaradırlar. Bürcün əksər nümayəndələri isə real çətinilklərin öhdəsindən uğurla gələ biləcəklər.
Həmçinin oxuyun
Oxatan - İşgüzar ünsiyyət, danışıqların aparılması üçün əlverişli gündür. Hətta əvvəllər hec cür ümumi dil tapa bilməyən adamlar da bu gün qarşılıqlı anlaşmaya nail ola biləcəklər. Bundan başqa, bu gün ağır fiziki işlər, o cümlədən xüsusi vərdişlər və ya ağır mexanizmlərin tətbiqini tələb edən işlər üçün münasibdir.
Oğlaq - Uğurlar başınızı gicəlləndirəcək, inanacaqsınız ki, bundan sonra da hər şey yaxşı olacaq. Bir çoxları imkanlarını, o cümlədən maddi vəziyyətlərini olduğundan yüksək qiymətləndirəcəklər. Nəzərə almaq lazımdır ki, əsassız nikbinlik baha başa gələ bilər.
Dolça - Əməkdaşlıq üçün çox münasib gündür. Ona görə də problemləri təkbaşına həll etməyə çalışmayın - ən yaxşısı dost və müttəfiqləri köməyə çağırmaqdır. Birgə layihələr üzərində işə başlamaq olar. Səylərin birləşdirilməsi məhsuldar alınacaq. Cəlbedici iş təkliflərinin alınması istisna deyil.
Balıqlar - Səyahətə yollanmaq olar. Amma çox uzun müddətə yox. Taleyüklü qərarlar qəbul etmək tövsiyə olunmur. Çünki siz məntiq və sağlam düşüncəni unudaraq, həmin ana uyğun hərəkət etməyə meyllisiniz. Bürcün bir çox nümayəndələri isə pullarını göyə sovurmağa hazırdırlar.
21:20 / 29 Yanvar 2026
13
21:15 / 29 Yanvar 2026
15
21:15 / 29 Yanvar 2026
17
21:12 / 29 Yanvar 2026
15
21:10 / 29 Yanvar 2026
25
21:05 / 29 Yanvar 2026
21
21:04 / 29 Yanvar 2026
118
20:55 / 29 Yanvar 2026
141
20:50 / 29 Yanvar 2026
21
20:28 / 29 Yanvar 2026
552
20:25 / 29 Yanvar 2026
72
20:08 / 29 Yanvar 2026
305
19:52 / 29 Yanvar 2026
99
19:51 / 29 Yanvar 2026
136
19:48 / 29 Yanvar 2026
262
19:40 / 29 Yanvar 2026
453
19:36 / 29 Yanvar 2026
54
19:29 / 29 Yanvar 2026
60
19:28 / 29 Yanvar 2026
360
19:23 / 29 Yanvar 2026
70
19:15 / 29 Yanvar 2026
87
18:58 / 29 Yanvar 2026
57
18:52 / 29 Yanvar 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.