Qaynar xətt:

(+99450) 247 90 86

Metroda nasazlıq olub, sıxlıq yaranıb — FOTO

Metroda nasazlıq olub, sıxlıq yaranıb — FOTO

CƏMİYYƏT

714

24.01.2020, 19:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Metropolitenin Elmlər Akademiyası stansiyasında qatarların birində problem yaşanıb.
"Oxu24.com" trend-ә istinadәn bildirir ki, vaqonların birinin qapısı açılmayıb.

Metropoliten əməkdaşları problemi aradan qaldırmağa çalışıb, lakin qapını işlək vəziyyətə gətirmək mümkün olmayıb. Sərnişinlərdən qatarları tərk etmələri xahiş olunsa da sərnişinlərin bir hissəsi müraciətə əməl etməyiblər. Qatar hərəkətinə davam edib.

Baş vermiş nasazlıq səbəbindən Elmlər Akademiyası stansiyasında izdiham yaşanıb və vaqonların hərəkətində gecikmə baş verib.