Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası
20 Noyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
672
24.01.2020, 18:22
Deputat olduğu dövrdə açıqlamaları ilə bir çox qalamaqallara səbəb olan, nəinki ölkənin, hətta təmsil etdiyi Lənkəran rayonunun problemlərini bir dəfə də dilinə gətirməyən Hadı Rəcəbli yenidən deputatlıq eşqinə düşüb.
Namizədliyi 74 saylı Lənkəran kənd seçki dairəsindən irəli sürülən Hadı Rəcəblinin təbliğat-təşviqat kampaniyasının məhz bu səbəblərdən asan keçmədiyi bildirilir.
Sfera.az-a daxil olan məlumata görə, seçicilər tərəfindən heç bir dəstək görməyən Hadı Rəcəblinin tələb olunan səsi toplayacağı şübhəli görünür.
Onun görüşlərinin olduqca sönük keçməsi də belə düşünmək üçün əsaslar yaradır. Bunun nəticəsidir ki, Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlərdə insanların çox görünməsi üçün fotoşop proqramının köməyi ilə saxta fotolar paylaşmaq zorunda qalıb.
İndi təqdim edəcəyimiz fotolar da 9 fevral seçkisinin Hadı Rəcəbli üçün asan keçməyəcəyinin sözçüləri hesab oluna bilər.
Xatırladaq ki, bu fotolarda Hadı Rəcəblinin doğulub boya-başa çatdığı Lənkəran rayonunun Viravul kəndinin yolları əks olunub. İllərdir, bu kəndin deputatı olmuş Hadı Rəcəblinin heç ağlından da keçməyib ki, bu yolların düzəlməsi üçün nələrsə edə bilər.
Əlavə şərhə ehtiyac duymadan həmin fotoları diqqətinizə çatdırırıq. Qoy, Hadı Rəcəblini bu fotolar ifşa etsin…
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.