Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası
20 Noyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1447
23.01.2020, 14:55
Tovuzda qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın ölümü ilə bağlı istintaq davam etdirilir.
Oxu24.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında N. Quliyevanın əmisi Lətif Quliyev deyib.
Onun sözlərinə görə, hadisə ilə bağlı İlkin Süleymanovdan başqa saxlanılan yoxdur:
“Hələlik Nərminin ailəsindən istintaqa çağırılan olmayıb. Bizə əlavə məlumat verilməyib, istintaq gedir. O gündən sonra İlkinin ailəsindən heç kim Nərmin Quliyevin ailəsindən heç kimi görməmişik”.
L.Quliyev təqsirləndirilən şəxsin atası İbrahim Süleymanovun oğlunun günahsız olması barədə dediklərinə də münasibət bildirib.
O bildirib ki, İbrahim Süleymanovun dedikləri həqiqətə uyğun deyil:
“Yalan olsaydı niyə saxlayırdılar İlkini? Yalan deyil ki saxlayıblar. Onun valideynlərindən heç biri hadisədən sonra bizə nə gəlməyib, nə də heç nə deməyiblər. Harda nə danışıblar, bilmirik. Biz istintaqın gedişini gözləyirik”.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Günün təklif olunan videosu:
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.