Pensiya alanlara şad xəbər: Gələn həftə...
29 Yanvar 2026, 12:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
572
22.01.2020, 20:31
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN), nazirliyin müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunan qaydada yoxlanılacaqdı.
Ali təhsilli və kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkdi.
Həmçinin oxuyun
İştirak etmək istəyən şəxslər 2020-ci ilin yanvar ayının 21-dən fevral ayının 21-dək mia.gov.az./?/az/content/29779/ ünvanda yerləşdirilən elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına DİN-in Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012)-590-94-12; (012)-590-93-45.
(012)-590-92-37; (012)-590-97-52;
12:47 / 29 Yanvar 2026
1
12:33 / 29 Yanvar 2026
136
12:15 / 29 Yanvar 2026
162
12:04 / 29 Yanvar 2026
64
11:49 / 29 Yanvar 2026
666
11:44 / 29 Yanvar 2026
42
11:21 / 29 Yanvar 2026
382
11:05 / 29 Yanvar 2026
519
11:04 / 29 Yanvar 2026
80
10:43 / 29 Yanvar 2026
81
10:32 / 29 Yanvar 2026
294
10:24 / 29 Yanvar 2026
62
10:23 / 29 Yanvar 2026
56
10:09 / 29 Yanvar 2026
256
10:03 / 29 Yanvar 2026
75
09:36 / 29 Yanvar 2026
115
09:35 / 29 Yanvar 2026
119
08:33 / 29 Yanvar 2026
126
03:57 / 29 Yanvar 2026
172
02:14 / 29 Yanvar 2026
211
02:12 / 29 Yanvar 2026
130
02:11 / 29 Yanvar 2026
191
02:08 / 29 Yanvar 2026
958
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.