SON DƏQİQƏ! Kəmaləddin Heydərov onu vəzifəsindən AZAD ETDİ
29 Yanvar 2026, 11:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
830
22.01.2020, 14:37
Azərbaycanda 2019-cu ildə maaşlar 15%-dən çox artıb.
FED.az xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 623,1 manat təşkil edib. 2018-ci ildə orta aylıq əməkhaqqı 540,1 manat olmuşdu.
2019-cu ildə dövlət sektorunda orta aylıq əməkhaqqı 516,5 manat təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20% artım deməkdir.
Özəl sektorda isə ötən il orta maaş 759,7 manat olub. Bu 2018-ci illə müqayisədə 10,5% artıqdır. Xatırladaq ki, 2018-ci ildə özəl sektorda ümumi orta aylıq əməkhaqqı 687,7 manat, dövlət sektorunda isə 430,5 manat təşkil etmişdi.
2019-cu ildə əməkhaqqı neft-qaz sektorunda 3 059,7 manat, qeyri neft-qaz sektorunda 568 manat təşkil edib.
2018-ci ildə isə əməkhaqqı neft sektorunda 3 000,7 manat, qeyri-neft sektorunda 484 manat təşkil etmişdi.
Başqa sözlə, 2019-cu ildə neft-qaz sektorunda əməkhaqqı 2% artdığı halda, qeyri-neft sektorunda 17,4% artıb.
2019-cu ildə özəl sektorda çalışanlar arasında ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində olub - 3 941,1 manat.
Özəl sektorda ən az maaş alanlar isə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində olub - 250,4 manat.
Həmçinin oxuyun
Dövlət sektorunda ən yüksək orta aylıq maaş maliyyə və sığorta fəaliyyəti sahələrində olub - 1 654,3 manat. Bu sektorda ən az maaş alanlar kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışanlarda olub - 302,4 manat.
Ümumilikdə, 2019-cu ildə:
Təhsil sahəsində maaşlar 18,1% artaraq 429,7 manata,
Səhiyyə sahəsində 43% artaraq 343,1 manata,
Maliyyə və sığorta sahəsində maaşlar 12% artaraq 1624 manata,
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində maaşlar 21,3% artaraq 473,7 manata,
Dövlət idarəetməsində isə maaşlar 29,2% artaraq 752,8 manata yüksəlib.
11:21 / 29 Yanvar 2026
5
11:05 / 29 Yanvar 2026
127
11:04 / 29 Yanvar 2026
32
10:43 / 29 Yanvar 2026
45
10:32 / 29 Yanvar 2026
173
10:24 / 29 Yanvar 2026
40
10:23 / 29 Yanvar 2026
37
10:09 / 29 Yanvar 2026
149
10:03 / 29 Yanvar 2026
53
09:36 / 29 Yanvar 2026
90
09:35 / 29 Yanvar 2026
82
08:33 / 29 Yanvar 2026
111
03:57 / 29 Yanvar 2026
159
02:14 / 29 Yanvar 2026
188
02:12 / 29 Yanvar 2026
121
02:11 / 29 Yanvar 2026
176
02:08 / 29 Yanvar 2026
571
02:06 / 29 Yanvar 2026
95
02:02 / 29 Yanvar 2026
627
01:53 / 29 Yanvar 2026
191
01:46 / 29 Yanvar 2026
166
01:42 / 29 Yanvar 2026
301
01:33 / 29 Yanvar 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.