Qaynar xətt:

(+99450) 247 90 86

Yayılan məlumat yalan çıxdı

2020/01/22/1579686670_c535b-baki-sumqayit-qatarl.jpg

CƏMİYYƏT

1071

22.01.2020, 13:49

Bu gün bəzi elektron KİV-lərdə İranın Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı informasiyalar yayılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən  Oxu24.com-a bildirilib ki, yazıda qeyd olunanlar həqiqəti əks etdirmir.

Belə ki, İran Dəmir Yolları İdarəsindən yerli mətbuata verilən məlumata görə İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib. Təbriz-Culfa gündəlik turist qatarı İran daxilində fəaliyyət göstərəcək.