Qaynar xətt:

(+99450) 247 90 86

Sistem çökdü, Fondun mətbuat katibinin adı və nömrəsi isə tam məxfi saxlanılır

2020/01/22/1579676531_1579675880_untitled-1.jpg

CƏMİYYƏT

1115

22.01.2020, 11:00

İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka səhifəsində problem yaranıb.

Qaynarinfo məlumatı araşdırmaq üçün fondun mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd edib. Lakin... İpoteka və Kredit Zəmanət Fondundan bizə qurumun mətbuat xidmətinin rəhbərinin otağında olmadığını bildirdilər:

"Yerində yoxdur, gün ərzində təkrar əlaqə qurmağa çalışarsınız. Onun iş otağının telefonunu kiməsə verməyə, hətta mətbuat xidmətinin ad və soyadını deməyə ixtiyarımız çatmır”.

Qeyd edək ki, kirayə mənzillərin satışına dəqiqələr qalmış sistem çöküb. Müraciətlərin başlanılmasına yaxın Fondun elektron ipoteka səhifəsində problem yaranıb.