Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda əhalinin sayı açıqlanıb

2020/01/21/1579619408_819701.jpg

CƏMİYYƏT

495

21.01.2020, 19:07

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 78737 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10060194 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.