Zob niyə böyüyür?
29 Yanvar 2026, 03:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1140
20.01.2020, 11:56
“Azəriqaz” İstehsalat Birliyi vətəndaşların işbazlara aldanmaması üçün müraciət edib.
Axeber.az-ın məlumatına görə, Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar:
“Bir müddət əvvəl İB-nin Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən NZS qəsəbəsində smart tipli qaz sayğaclarının olmanması aşkarlandı. Araşdırma aparıldı və məlum oldu ki, o sayğaclar orada hansısa işbazlar tərəfindən quraşdırılıb.
Onlar başqa ərazidən sayğacları oğurlayıb, burada quraşdırıblar. İşbazlar sayğaclara müdaxilə edib, insanlar qazdan istifadə ediblər. Hər ay gəlib, vətəndaşdan razılaşdığı məbləği alıblar. İnsanları hər dəfə bir bəhanə ilə aldadıblar ki, yaxın vaxtda kartınızı verəcəyik. Nəticədə, vətəndaşa kart verilməyib.
Həmçinin oxuyun
Çünki hər bir sayğaca görə abonentə bir kart kodlaşdırılır. Belə hal aşkarlanandan sonra əraziyə müdaxilə etdik. Araşdırma aparılarkən müəyyən faktlar üzə çıxdı. Sayğacın hər birinin mərkəzi bazada öz kodu, nömrəsi var. Bu sayğaclarının bir qismi vaxtilə ayrı-ayrı ünvanlardan oğurlanan smart tipli qaz sayğacıdır”.
İB rəsmisi vətəndaşları diqqətli olmağa çağırıb:
“Onları aldatmağa çalışan işbazlar olarsa, o zaman hüquq-mühafizə orqanlarına məlumat versinlər. Bu yaxınlarda bu tip qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edildilər. Qaz sayğacını oğurlayan Suraxanı və Nəsimi rayon sakinləri üç il müddətinə azadlıqldan məhrum olundular.
Bu insanlar 2018-2019-cu illərdə üç qəsəbədə - Qala, Şüvəlan,Türkanda yerləşən evlərdən 93 qaz sayğacı oğurlayıblar. Hesab edirik ki, belə halların ifşa olunması, bu işlə məşğul olanların fikrində dönüş yaradacaq”.
03:57 / 29 Yanvar 2026
24
02:14 / 29 Yanvar 2026
68
02:12 / 29 Yanvar 2026
62
02:11 / 29 Yanvar 2026
68
02:08 / 29 Yanvar 2026
76
02:06 / 29 Yanvar 2026
53
02:02 / 29 Yanvar 2026
240
01:53 / 29 Yanvar 2026
72
01:46 / 29 Yanvar 2026
80
01:42 / 29 Yanvar 2026
100
01:33 / 29 Yanvar 2026
70
01:30 / 29 Yanvar 2026
50
01:23 / 29 Yanvar 2026
64
01:16 / 29 Yanvar 2026
268
01:13 / 29 Yanvar 2026
67
01:09 / 29 Yanvar 2026
66
00:54 / 29 Yanvar 2026
560
00:54 / 29 Yanvar 2026
79
00:38 / 29 Yanvar 2026
61
00:27 / 29 Yanvar 2026
114
00:24 / 29 Yanvar 2026
70
00:12 / 29 Yanvar 2026
210
00:02 / 29 Yanvar 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.